adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Avqust 2017 11:29
4358
GÜNDƏM
A- A+

Ermənilər Ağdamda qanunsuz arxeoloji qazıntı işləri aparırlar

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz arxeoloji qazıntı işləri aparır.

İşğalçı ölkə nümayəndələrinin Ağdamın Şahbulaq qalasının şimal divarı ərazisində apardıqları qazıntı nəticəsində dolça aşkar edilib.

Qazıntı işlərinin Xankəndi Dövlət Universitetinin Tarix kafedrasının müdiri Vardqes Safaryan həyata keçirib. Arxeoloji ekspedisiyaya isə Hamlet Petrosyan adlı erməni başçılıq edib.

İnformasiyaya əsasən, aşkar edilən dolçanın bizim eranın 2-3-cü əsrinə aid olduğu ehtimal olunur. Başqa sözlə, onun Şahbulaq qalasından 300 il gənc olduğu bildirilir.
Xatırladaq ki, ermənilər qanunsuz arxeoloji qazıntı işləri aparmaqla yanaşı, tarixi saxtalaşdıraraq, Şahbulağın adını dəyişib "Tiqranakert" qoyublar.