adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Avqust 2017 09:01
7931
DÜNYA
A- A+

250 min insan Mosula axın etdi

9 ay davam edən hərbi əməliyyatlar nəticəsində İŞİD terror təşkilatından azad edilən Mosulu əvvəlki vəziyyətinə qaytarmaq üçün hazırlıqlar davam edir. Bir tərəfdən evlərini tərk edənlərin geri qayıdışının önündəki maneələr qaldırılır, digər tərəfdən şəhərin yenidən abadlığı və təməl xidmətlərin görülməsi üçün işlər aparılır. İŞİD-dən təmizlənən Mosul şəhərinə qayıdanların sayı 250 mini keçib. Evlərini dağılmış halda tapan Mosul əhalisi şəhərin vətəndaşların geri qayıtması üçün hələ hazır olmadığı fikrindədir.