adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Avqust 2017 14:55
39041
GÜNÜN LƏTİFƏSİ
A- A+

Günün lətifəsi

Deməli, Fazil müəllim Ağdama hind filmi olan «Fillər mənim dostumdur»u gətirir. Neçə gün nümayiş olunur. Fazil müəllim də kabinetində oturub qazancı sayır:

- Üç min, üç min yüz, üç min yüz əlli, üç min iki yüz , üç min üç yüz, üç min dörd yüz, üç min beş yüz, üç min altı yüz, üç min yeddi yüz, üç min səkkiz yüz…

Bu vaxt işçinin biri içəri girib deyir ki:

- Fazil müəllim, Paxan indicə bazarda bir milis işçisini qolundan bıçaqlayıb.

Paxan Fazil müəllimin böyük oğluydu, ipə-sapa yatmazdı. Ərköyündü, elə atasına çəkmişdi, qabağından yeyən də deyildi. Əsl adı da Bəxtiyar idi.

Fazil müəllim stolun üstündəki pulları əlinin dalıyla sıyırıb tökür yerə və başını buluyaraq deyir:

- Fillər də belə getdi.