Aqil ABBAS: AĞDAM VƏ FAZİL MÜƏLLİMİN LİMON BAĞI

AQİL ABBAS
64454 | 2017-08-03 22:20

Türkiyənin «Sözçü»qəzetində paket çayı ilə bağlı maraqlı bir yazıya rast gəldim. Onu saytımızda oxuyabilərsiniz.

Yadıma bir hadisədüşdü. Ağdamda bir Fazil müəllim vardı. Qeyri-adi bir adamdı. Məşhur yazıçı Əlfi Qasımovun qardaşıidi. Kino Birliyinin sədriydi. Dünyada Allahdan başqa bir kimsədən qorxmazdı: nəkatibdən, nə prokurordan, nə KQB-dən,nə rəisdən.

«Dostluq»kinoteatrı da bulvarda yerləşirdi. Bulvarın ərazisi də onun dövlətiydi. Və bu dövlətin də prezidentiydi. Onun dövlətininərazisində baş verən hər bir cinayət hadisəsini də Fazil müəllim həll edərdi. «Uşaqlardıda dalaşıblar, biri də o birisinə bir bıçaq vurub».

Milisinhünəri nəydi bu məsələyə qarışsın. Çünki hadisə Fazil müəllimin dövlətində baş vermişdi.Fazil müəllim xəstənin müalicəsini də üstünə götürərdi, tərəfləri də barışdırardıvə s. və ilaxır.

Həttaöz dövlətinin ərazisində, yəni bulvarda kiçik bir stadion vardı, orda da azyaşlıuşaqların futbol çempionatı keçirilərdi, qalibləri də özü mükafatlandırardı. Həddindənartıq xeyirxah və əliaçıq adamdı. Qapısına gedən boş qayıtmazdı. Ağdamın milyonerlərindənidi. Soruşardılar ki, Fazil müəllim, bu qədər pulu hardan almısan? Gülür və deyirdiki, «Mənim əlli kino toçkam var. Hərəsi gündə 10 manat versə, 500 manat edir. Oğurluqeləmirəm, quldurluq eləmirəm.»

Fazilmüəllim haqqında «Dolu» romanında müəyyən hadisələri işıqlandırmışam. Amma romandaolmayan hadisələri söz verirəm ki, zaman-zaman sizə çatdıracam. Dostlarının zarafatla«bandit Jaqa» adlandırdıqları bu qeyri-adi insanı daha yaxından tanıyacaqsınız.Çünki həyatda belə adamlar çox az olur.

Fazilmüəllim yüksək təhsil görmüşdü. Eləcə də Bakı Ali Partiya məktəbini bitirmişdi. Uzun müddətpartiya və Sovet orqanlarında çalışmışdı. Bir ara da özünün doğulduğu Şelli kəndindəkolxoz sədri olmuşdu.

Buhadisə də kolxoz sədri işlədiyi zaman baş vermişdi.

Deməlibelə…

Kefininkök vaxtlarında bir həmkəndlisi gəlir ki,Fazil müəllim, Moskvaya bir ton limon aparıram satmağa. Bir kağız ver ki, öz bağımınməhsuludu.

Fazilmüəllim də deyir:

-Ay it oğlu, Ağdamdalimon bitir ki?!

Oda yalvarır ki, əşi, kimdi arayıb-axtaran? Sən kağızını ver, qalanı asandı. Sovetlərdönəmində hər bir kəndli öz bağının məhsulunu ölkənin istədiyi yerində bazara çıxarabilərdi. Amma bunun üçün ya kolxoz sədrindən, ya da kənd soveti sədrindən kağızalmalı idi ki, alverçi deyil.

Fazilmüəllimin kefinin kök vaxtı bir az da kəndçisinə yazığı gəlir. Götürür bir sənədverir, imzalayır, möhürləyir. Kəndçisi də gedir Moskvaya. Moskvada bazarda obaxeyslər(bizim dildə sovet əmlakını dağıdanlarla mübarizə aparanlar) Fazil müəllimin kəndçisinəilişirlər. Amma baxırlar ki, əlində rəsmi sənəd var. Onlar da çörəyi qulaqlarınayemirlər ha, bilirlər ki, limon Azərbaycanda təkcə Lənkəranda, Astarada olur. Ağdam hara, limon hara, özü də bir ton.

Beləqərara gəlirlər ki, məsələni yerində aydınlaşdırsınlar və Moskva şəhər milis idarəsiiki obaxeysini Azərbaycana ezam edir. GəlirlərBakıya Daxili İşlər Nazirliyinə, ordan da iki nəfər götürürlər ki, getsinlər Ağdama.

Fazilmüəllimin də dairəsi çox geniş idi. Nazirlikdəntelefon açırlar ki, ay evini Allah yıxmasın, bu nə sənəddi vermisən, Moskvadan tökülübgəlirlər sabah olacaqlar Ağdamda.

Fazilmüəllim:

-Mən saxta sənəd verən deyiləm. Kişinin limon bağı var, vəssalam.

Ağdamdaelə bir ev yox idi ki, orada ən azı bir-iki dekorativ limon ağacı olmasın. Elə3-4 dənə də bizdə vardı. Dayımgildə də 30-dan çoxdu.

Fazilmüəllim gecəynən kolxozun və dostlarınınmaşınlarını salır işə beş-altı saat müddətində həmin kəndçisinin həyətinə mindənçox limon ağacı yığır. (Evdə saxlanılan limon ağacları çəlləkdə olurdu) Səhər Moskvadangələnlər, Bakıdan gələnlər, eləcə də onlarla birlikdə Ağdamdan gələnlər gəlib tökülürlərhəmin şəxsin həyətinə. Və baxıb görürlər ki, ağacların üstündə hələ iki ton da limonvar.

Fazilmüəllimdən üzr istəyib çıxıb gedirlər.

Beləkişiydi Fazil müəllim. Belə kişilər çoxuydu ey Ağdamda. Dünyanın Ən Varlı Şəhərində.

İmkanolsa, Fazil müəllimin kolxoz sədri seçilərkən raykomun şöbə müdirinə vurduğu ikişapalağı da yazacam.

P.S.Nömrəmizdə də Fazil müəllimin biranektodunu çap edəcəyik. Oxuyun.


TƏQVİM / ARXİV