adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Avqust 2017 12:56
20487
MARAQLI
A- A+

Paket çaydan necə faydalanmaq olar?














1. Çay dəmləməyə ərinəndə adətən, paket çaylardan istifadə edirik. Sonra da atırıq zibilliyə. Atmağa tələsməyin.


2. Həmin çaylardan, on cürə faydalana bilərsiniz.


3. Ayaqqabınızdan xoşagəlməz qoxuları bu çaylarla yox edə bilərsiniz. Onu qoyursunuz ayaqqabılarınızın içinə, ruslar demiş "fso”.


4. İstəyirsinizsə saçlarınız daha təravətli olsun, yuduqdan sonra həmin çaydan təkrar istifadə edib, suyu ilə saçlarınıza bir sığal çəkə bilərsiniz. Bu, həm də saçlarınızı gücləndirəcək.


5. Ev təmizliyində də istifadə edə bilərsiniz. Ondan təkrar istifadə etməklə ilıq su ilə mebellərinizi, döşəmələrinizi təmizləsəniz daha parlaq olacaqlar. Həm də daha təmiz.


6. Ağzınızdan qoxu gəlirsə, çayı dəmlədikdən sonra gözləyin, paket çayı soyusun və onu suya salıb ağzınızı çalxalayın. İndi öpüşə bilərsiniz.


7. Boşqabların yağını onun hesabına təmizləyə bilərsiniz. Çay paketlərini bir suya qoyun boşqablarınızı da salın ora. Gül kimi olacaq.


8. Yayın istisi, ağcaqand dolu, arı da bir tərəfdən qanınız da şirin. Banklar kimi tökülüb üstünüzə sizi yeyir. Banklara çarə tapa bilməsəniz də, arı və ağcaqanadların acılarının qarşısını ala bilərsiniz. Paket çayı ilə həmin yerləri yaxşı-yaxşı silin. Ağrı da gedəcək, həm də şişməyəcək.

Bunu yazarkən, Sübhan bəy dedi ki, Məllim, bəlkə bu paket çaylardan alıb tökək bankların üstünə.

Mən də dedim ki, oğul, bankların üstə o qədər arı və ağcaqanad tökülüb ki...


9. Üzünüz çox həssasdır? Hava da isti, tez-tez müəyyən sızaqlar da yaranır və.s və ilaxır. Nəmli çay paketini bir saat buzdolabında saxlayın, sonra onunla sir-sifətinizi təmizləyin. Rahat elçi qabağına da çıxa bilərsiniz, elçiliyə də gedə bilərsiniz.


10. Köhnəlmiş paket çayı ilə pəncərə və aynaların üzərindəki ləkələri asanlıqla təmizləyə bilərsiniz.



11. Evdəki bitkilərinizi də bəsləyə bilərsiniz. Öncədən dəmlədiyiniz həmən çayların suyunu bitkilərin dibinə tökün. Bu həm də bitkilərin yaxşı boy atmasına kömək edir.

Mənim Ağdamda bir dayım var idi. Evində 30-dan artıq limon ağacı bəsləyirdi, Ağdam hara, limon hara. Amma həmin limonlar gözəl bar verirdi. Dayım bu yazını oxuya da bilməzdi. Çox qəribə idi ki, həmin limon ağaclarının dibinə çay dəmləyib tökərdi. Xüsusilə də dəmlənmiş çay yarpaqlarnın özünü, bir də toyuq qanı verərdi.

Bu nömrəmizdə Ağdamda limonla bağlı baş vermiş bir olayı oxuya bilərsiniz.

Allah sənə rəhmət eləsin, Fazil Qasımov!


12. Makaron xoşlayırsınızsa, istəyirsinizsə daha ləzzətli olsun, onu qaynatdığınız suya bircə paket çay atın. İtalyanlar sizə həsəd aparar.