adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Avqust 2017 21:19
20322
MARAQLI
A- A+

Moskvanın ekstradisiya etdiyi jurnalist özünü öldürmək istədi

Rusiyanın Özbəkistana vermək istədiyi jurnalist Xudoberdi Nurmatov məhkəmədə özünə qəsd etməyə çalışıb.

Bu barədə informasiyanı "RİA Novosti” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb.

"Elə də sadə keçmişi olmayan Nurmatov miqrantdır və ölkəsinə dönmək istəmir. O, illərdir itirdiyi pasportunu bərpa etməmək üçün Özbəkistan səfirliyindən qaçır. Üstəlik, Nurmatov əvvəllər radikal islama etiqad edib”, - agentliyin mənbəsi bildirib.

Qeyd edək ki, Nurmatov Rusiyada Ali Feruz ləqəbi ilə tanınıb. O, Rusiyanın "Novaya qazeta” qəzetində çalışıb.