adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Avqust 2017 11:58
24219
ELM VƏ TƏHSİL
A- A+

Odlar Yurdu Universiteti Beynəlxalq Elmi Konfransda tərəfdaş kimi çıxış edəcək

2001–ci ildən etibarən 2 ildə bir dəfə "Soft Computing” texnologiyasına həsr olunmuş Beynəlxalq elmi konfrans keçirilir. Konfransın əsas məqsədi elektrotexnika və informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə əldə olunmuş yeni elmi–tədqiqat nəticələrinin təqdim olunması, müvafiq istiqamətlər üzrə dünya universitetləri və elmi təşkilatlar, tədqiqatçılar arasında əməkdaşlığın formalaşması, qabaqcıl təcrübə və elmi ideyaların yayılması, birgə elmi əsərlər, kitablar, monoqrafiyalar, jurnalların nəşri və s. ilə elmi nailiyyətlərin əldə olunmasıdır. 

Bu ilki "Soft Computing, sözlərlə hesablama və qavrayışın nəzəriyyəsi və tətbiqi” adlı IX Beynəlxalq elmi konfrans 24–25 avqust 2017–ci il tarixlərində Macarıstanın Budapeşt şəhərində keçiriləcək. Konfransda tərəfdaş ölkələrin təhsil nazirliyi və universitetlərinin nümayəndələri iştirak edəcək. Konfransın tərəfdaş universitetləri sırasında ABŞ–ın Berkli Universiteti, Texas Universiteti, Kanadanın Toronto Universiteti, Alberta Universiteti, Vyana Tibb Universiteti, Polşa Polis Akademiyasının elmi–tədqiqat institutu, Türkiyənin Yakın Doğu Universiteti, TOBB İqtisadiyyat və Texnologiya Universiteti, eyni zamanda Azərbaycandan Odlar Yurdu Universiteti iştirak edəcək. Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev və universitetin Elmi işlər üzrə prorektoru prof. Tərlan Abdullayev konfransda iştirak edəcəklər.