adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Avqust 2017 22:11
16714
MARAQLI
A- A+

Məsciddə yatmaq icazəlidirmi?

Məsciddə yatmaq icazəlidir. Peyğəmbər (salləllahu aleyhi va səlləm) qarnı üzərində uzanmış birinin yanına gəldi və onu ayağı ilə tərpətdi və belə dedi: "Bu cür uzanmağı Uca Allah sevmir". (İbn Hibban, 5550).

Adalet.az zikr.az-a istinadən bildirir ki, alimlərdən İbn Racəb (Allah ona rəhm etsin) nəql etmişdir: "Məsciddə üz üstə sərilmək olmadan istənilən şəkildə uzanmaq icazəlidir, çünki Peyğəmbərdən (salləllahu aleyhi va səlləm) rəvayət edirlər ki, bunu (yəni üz üstə uzanmağı) qadağan etmişdir". (İbn Racəb: "Fəthul-Bəri Şərh Sahih əl-Buxari", 3/405).

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) məscidində də Süffə adlanan ev­siz­lər üçün ayrıl­mış yer var idi.