adalet.az header logo
  • Bakı 20°C
01 Avqust 2017 22:05
29479
MARAQLI
A- A+

Bakı çimərliklərində nə var, nə yox?-FOTO

Yay mövsümündə Bakı sakinlərinin, eləcə də qonaqların ən çox üz tutduğu yer Xəzərin sahilboyu çimərlikləri olur.

Adalet.az  BBC-yə istinadən bildirir ki, maddi imkanı az olan sakinlərin bir qismi istirahətini ödənişsiz və ya az ödənişli ictimai çimərliklərdə keçirə bilir.

çimərlik

"Kasıb təbəqə üçün bura yaxşıdır. Elə çimərliklər var giriş üçün ödəniş etməlisən. Ora getməyə imkanımız yoxdur. Bura isə piyada gəlirik deyə pul vermirik", - Pirşağı, Qızılqum çimərliyində istirahət edən 63 yaşlı Sevil Əhmədova deyir.

çimərlik

Havanın küləkli, dənizin dalğalı olmasına baxmayaraq xüsusi ilə ictimai çimərliyə gələnlərin sayı çox olur.

Xəbərdarlıq üçün yazılı lövhələrdə nişanlar qoyulsa da istirahətə gələnlər buna əhəmiyyət vermir.

Pulsuz ictimai çimərliklərdə xilasedicilərə az hallarda rast gəlmək olur.

çimərlik

"Tez-tez bu çimərliyə gəlirəm. İndi də maşınımla gəlmişəm. Girişdə 1 manat pul istədilər, vermədim. Əslində çimərliklərə giriş pulsuz olmalıdır. Amma təəssüf ki, bəzi yerlərdə, elə bura da maşınla girəndə pul alırlar," Hikmət Əliyev bildirir.

çimərlik

"Mən İsveçdə yaşayıram. Orada heç bir çimərlikdə bu cür natəmizlik yoxdur. Hətta ictimai çimərliklər də pulsuzdur. Hər il yayda Bakıya gələndə buradakı çimərliklərdə oluram. Fərqi yoxdur ödənişlidir, ya ödənişsiz, çoxunda su da, torpaq da çirklidi", - Tural Quliyev deyir.

çimərlik

İctimai çimərliklər pulsuz olsa da burada masa sifarişi, geyinib-soyunma otağı ödənişlidir. Əlavə pul xərcləmək istəməyənlər sadəcə qumun üzərində süfrə açmaqla kifayətlənir.

çimərlik

Bakının Şıxov çimərliyində ən ucuz çimərlik sahəsinə bir nəfər üçün giriş qiyməti 2 AZN-dir. Çimərlikdə masa sifarişi 10-15 AZN arasında dəyişir.

Lakin buradakı çimərliyin həm su, həm qumlu sahəsində natəmizlik müşahidə olunur.

Az sayda zibilqabılar isə boşaldılmadığından artıq tullantılar torpaq üzərinə atılır.

ç

"Təmiz havasına görə çimərliyə gəlməyi xoşlayıram, amma dənizdə çimmirəm. Göz qabağındadı hər şey, təmizlik yoxdur. Sadəcə bura evimizə yaxındı deyə gəlirik, uzağa gedə bilmirik,"- şəhər sakini Tahirə Hacıməmmədova ətrafdakı tullantılardan şikayətlənir.

çimərlik

"Mən Moskvada yaşayıram. Birinci dəfədir bura gəlirəm. Əşyalarımı nəzarətçiyə buraxmışam. Amma etibarlı yerdə saxlandığına da əmin deyiləm",- Bakıya qonaq gələn 26 yaşlı Rafael Paşayev deyir.

çim

Bilgəh qəsəbəsindəki ictimai çimərliklərdə xidmət səviyyəsinə görə seçilir. Girişi adambaşı 5 AZN olan çimərlikdə çətirli masa-oturacaqlar, geyinib-soyunma otağı üçün əlavə xidmət haqqına ehtiyac olmur.

ç

"Əslində bura ictimai çimərlikdir. Pulsuz olmalıdır, amma girişdə ödəniş etdik. Üstünlüyü odur ki, suyu da qumu da digər çimərliklərdən təmizdir,"- istirahətə gələn sakinlərdən biri deyir.

çimərlik

Pulsuz ictimai çimərliklərdə xilasedicilərə az hallarda rast gəlmək olur. Onlardan fərqli olaraq ödənişli sahələrdə xilasedicilər daha çox nəzarət edir. Burada küləkli, dalğalı şəraitdə dənizdə üzənlərə sahildən çox aralanmaq yasaq olunur.