adalet.az header logo
  • Bakı 18°C
01 Avqust 2017 16:20
16244
ŞOU-BİZNES
A- A+

Məşhur aktyor miqrantlar üçün məktəb açır

Məşhur Hollivud aktyoru Corc Kluni həyat yoldaşı Amal Kluni ilə birlikdə Livanda yaşayan suriyalı miqrantlar üçün məktəb açacaq.

Kult.az xəbər verir ki, Ədalət üçün Kluni Fondu(The Clooney Foundation for Justice) vasitəçiliyi ilə açılması nəzərdə tutulan 7 məktəbdə 3 mindən çox suriyalı uşaq təhsil ala biləcək.

Fondun internet saytında yazılan xəbərdə "HP” "Quql” və "Yunisef”in dəstək verdiyi layihəyə 3.3 milyon dollar pul ayrıldığı bildirilib.