adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
01 Avqust 2017 16:06
23332
KRİMİNAL
A- A+

Bakıda gənc qonşusu tərəfindən bıçaqlandı

Bakıda gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb.

Adalet.az report-a istinadənxəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Qədirli küçəsində 1992-ci il təvəllüdlü Kərimov Coşqun Əli oğlu qonşuluğunda yaşayan iki nəfərlə mübahisə edib.

C.Kərimov ayaq və sağrı nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.