adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Iyul 2017 22:17
22267
MƏDƏNİYYƏT
A- A+

Kino xadimləri təltif edildi - Siyahı

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.

Adalet.az-ın məlumatına görə, Əliyev Rafiq Hacıbaba oğlu və Nəsirov Rafiq Əliş oğlu Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Bundan başqa Azərbaycan prezidenti İlham Əliyev kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:

Xalq artisti

Mirqasımova Ayan Oqtay qızı

Əməkdar mədəniyyət işçisi

Allahverdiyeva Afaq Murtuz qızı
Azməmmədov Nadir Mirzə oğlu
Bağırov Tahir Məmməd oğlu
Əsgərov Müzəffər Rza oğlu
Kazımov Tahir Şirin oğlu
Kərimov Arif Cahangir oğlu
Kutiyev Abdulnəsir Hacı oğlu
Mehdiyev Nadir Hüseyn oğlu
Məmmədov Kamil İmaməli oğlu
Süleymanov Badavi Süleyman oğlu
Vəliyev Sabir Əli oğlu