adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
31 Iyul 2017 21:19
13386
ŞOU-BİZNES
A- A+

Prezident tanınmış modeli əngəllədi

Etdiyi hər hərəkətiylə gündəm olan ABŞ prezidenti Donald Tramp bu dəfə də ənənəsinə sadiq qalıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri Tvitter hesabında dünya şöhrətli model Krissi Teygeni əngəlləyib. Buna səbəb isə Krissinin tez-tez sosial şəbəkədə Tramp əleyhinə fikirlər səsləndirməsidir. Teygen Donaldın bu addımına "Prezident tərəfindən əngəllənmək mənim üçün qürurdur” deyə zarafatyana münasibət bildirib:

"Təxminən 10 ildir, Tramp əleyhinə fikirlər səsləndirirəm. Mən onun "Çıraq” verilişindən etibarən tərəfdarı deyiləm”. Krissinin "Səni heç kim sevmir ki” ismarışından sonra Trampın onu əngəllədiyi ehtimal olunur.