adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
31 Iyul 2017 15:00
33692
ELM VƏ TƏHSİL
A- A+

Saatlı məktəbliləri Azərbaycan çempionu oldular

Respublikanın ən güclü məktəb və liseylərinin iştirak etdiyi 9-11-ci siniflər arası "Xəmsə" "Yay kuboku"nda Saatlı rayonunu təmsil edən "BİRLİK" komandası seçim və qrup oyunlarının qalibi olaraq Respublikanın ən güclü 4 komandası kimi finala vəsiqə qazanıb. Zəkalar (Zəkalar liseyi), Onside və Yuxu (Dəyanət liseyi) komandaları 1-cilik uğrunda mübarizə aparıb.

Nadir Şükürlü, Fidan Mirzəyeva, Kərim Əliyev, Fidan Mirzəyeva, Nəzrin Şükürlü, Elşad Mehdiyev, Bəxtiyar Nəzərli... var olun uşaqlar!

"XƏMSƏ”də əldə etdiyiniz, qazandığınız nailiyyətlərin bundan sonrakı HƏYATınızda da davamlı olmasını arzulayıram! Sizin uğurunuz bütün Saatlının uğurudur, sizin kimi gənclərin uğurları Azərbaycanımızın gələcəyinin etibarlı əllərdə olduğu deməyə əsas verir. Sizin kimi SAVADlı, İNTELLEKTual, BİLİKli gənclərimizin "BİRLİY”i ancaq DÖVLƏTimizə və XALQımıza fayda verə bilər!

Nəzrin Şükürova (682 bal), Bəxtiyar Nəzərli (665 bal), Elşad Mehtiyev (625 bal)... sizinlə fəxr etməyə dəyər. Ümid edirəm və inanıram ki, gələcəkdə siz ölkəmizin düşünən
beynlərindən olacaqsız, öz bilik və bacarığınızla dövlətimizə, millətimizə, onun gələcəyinə, möhkəmlənməsi və inkişafına töhfə verəcəksiz.

P.S.Vüqar müəllim, bu QƏLƏBƏdə sizin və digər həmkarlarınızın əməyi və əziyyəti böyükdür! Sizin kimi müəllimlərin CƏMİYYƏTimizdə çox olması ancaq və ancaq UĞUR gətirər! Çəkdiyiniz əziyyəti yüksək qiymətləndirir, bu gözəl QƏLƏBƏdə payı olan hər kəsə TƏŞƏKKÜRümü bildirirəm! VAR OLun!!!
Saatlı məktəbliləri Azərbaycan çempionu oldular - TƏBRİK
Saatlı məktəbliləri Azərbaycan çempionu oldular - TƏBRİK
Saatlı məktəbliləri Azərbaycan çempionu oldular - TƏBRİK
Mirzə Zahidov
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Katibliyinin məsləhətçisi