adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 Iyul 2017 12:00
30109
ƏDƏBİYYAT
A- A+

Əli Hacıdan bir şeir






















külək əsir şərq tərəfdən üstümə,
göy üzünnən gələn yağış tanışım…
min illərdi yol çəkirəm özümə
anam-giley,atam-qarğış tanışım !


fikirləri gün altına sərmişəm
quruduram içindəki yaşıni.
minilməyən,yolsuzluqla yüklənən
kəhər atın buraxmışam başını…


öz günümə isindiyim ocağı,
yerə düşən sözlərimdi yandıran.
ürəyimi hər yetənə açmadım
ürəyimi öz dilimdi yandıran.


külək əsir,yağış yağır üstümə
canım-yağış,ömrüm-külək əs yenə .
keçən günü yola verdim geyimsiz,
gələn günü bələdilər kəfənə...!


külək əsir şərq tərəfdən üstümə,
göy üzünnən gələn yağış tanışım...