adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Iyul 2017 10:18
88095
AVTOMABİL
A- A+

Texniki baxışın müddəti bitir - Video

İki gün sonra texniki baxışdan keçməyən xarici markalı minik avtomobillərin sürücüləri cərimə olunacaqlar. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, avqustun 1-dən etibarən yol polisi bu cür sürücülərə qarşı reydlərə başlayacaq.

Adalet.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, sabah bazar günü olmasına baxmayaraq, ölkə üzrə bütün texniki baxış mərkəzlərində iş günüdür və sürücülər avtomobillərini baxışdan keçirə bilərlər.

İdarə rəsmisi Kamran Əliyevin sözlərinə görə, texniki baxışa təqdim edilən avtomobilin ödənməmiş cəriməsi varsa və buna görə avtomobilin saxlanılmasına dair qərar çıxarılıbsa, həmin avtomobil duracağa qoyulur, cərimələr ödənildikdən sonra baxışdan keçirilir.

Avqust ayının 1-dən etibarən yük avtomobilləri və avtobusların texniki baxışı həyata keçiriləcək. Bu müddət isə 31 oktyabr tarixində yekunlaşacaq.