adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Iyul 2017 16:58
22305
KRİMİNAL
A- A+

Soyğunçuluq törətməkdə şübhəli bilinən paytaxt sakini tutulub

Soyğunçuluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Təvəkkül Məhərrəmov tutulub.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, iyulun 28-də saat 4.00 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini olan qadın E.U-nı döyüb, içərisində 100 manatı, kosmetik əşyaları olan çantansını və mobil telefonunu alıb.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Məhərrəmov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.