adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Iyul 2017 14:44
19525
KRİMİNAL
A- A+

Arvadını və ögey anasını öldürənlər tutuldu

Həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən Arzu Namazov tutulub.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, iyulun 27-də Ağstafa rayonu ərazisində əvvəllər məhkum olunmuş A.Namazov münaqişə zəminində həyat yoldaşı Xəyalənin boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib və nəticədə qadın hadisə yerində ölüb.

A.Namazov Ağsatafa RPŞ-nin əməkdaşları tərəfindən tutulub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 28-də Neftçala rayonunun Xolqarabucaq kəndində ruhi xəstə Əlibala Səfərov evində ögey anası Bahar Mərdiyevanın boğaz, çiyin və digər nahiyələrinə bıçaqla xəsarət yetirib və nəticədə qadın hadisə yerində ölüb.

Ə.Səfərov Neftçala RPŞ-nin əməkdaşları tərəfindən tutulub.