İSTƏK...

ƏBÜLFƏT MƏDƏTOĞLU
44089 | 2017-07-29 09:36

Kaş ki, gerçəkləşəydi

Məni üzürlü sayın...İradlarıma görə məni qınamayın... Yazdıqlarıma görə mühakimə etməyin. Ümumiyyətlə,mənim bu yazımda günah, nöqsan axtarmağa cəhd göstərməyin. Çünki bu yazımda mənözümü, həyatımı, düşüncələrimi bir az çılpaq göstərmək istəyirəm. Bilirəm ki,oxucu qarşısına, ümumiyyətlə, ortalığa geyimsiz çıxmaq yaxşı hal deyil. Bunagörə adamı daş-qalaq da edə bilərlər. Amma səmimiyyətimə inanın. Son gunlərözüm də bilmirəm nədənsə bu qəfil dəyişən hava kimi mən də bir az özümdənyazmaq, özümdən danışmaq, özümü göstərmək istəyirəm...

Bax, onda qaranlıqotağı işığa qərq edən şimşəyin işıqları evimin bütün künc-bucağınıişıqlandırmışdı. Göy gurultusundan qorxan qızlarım özlərini atmışdılar üstümə vəonların gözündə mən həmin an göy gurultusuna müqavimət göstərəcək gücdə idim.Amma onlar bilmirdilər ki, ötən aylarda başının üstündə qılınclar oynayan buevimin sökülmək məsələsi gündəmdə idi və mən heç ona qarşı çıxmaq gücündədeyildim. Çünki şimşəyə əl açmaq olar, amma hökumətlə hökumətlik etmək olmaz.Ən azı ona görə ki, nə topum var, nə də topxanam. Olub-qalanım bir qələmdi, birdə yalnız uşaqlarıma gərəkli olan varlığım. Bu da öz yerində.

Bəli, deməli, budünyanın çarxının dolaşan vaxtı, kimin nə istəyib, nə umduğu və nəyiniddiasında olduğu həm qaranlıq, həm bəlli durumda özünü göstərən anda mən özümdənyazmaq fikrinə düşdüm. Ona görə yox ki, özümü kiməsə tanıtmaq, kiməsə təqdimetmək istəyirəm. Yox, məni tanıyan onsuz da tanıyır, tanımayan ən yaxşı haldaqonşusundan soruşa bilər və ən azı da adımın mənasına fikir verən bununarxasında bir dostluğun, bir səmimiyyətin dayandığını hiss edər.( və bir dətanımayan bəlkə də daha xoşbəxtdi- Ə.M.) Mən bütün bunları sözgəlişi dedim. Onagörə sözgəlişi dedim ki, indi insanlar daha çox söz deyib, daha çox aradançıxmağa üstünlük verirlər. Və onların göstəricisi, də nişanəsi də söz olur.

"Azərbaycan"nəşriyyatı söz deyən, söz yazan və cibində qələm gəzdirən insanların sayına görə,bəlkə də ölkədə birinci yeri tutur. Ancaq ölkənin ən uzaq guşələrinin birində nəyazmayan, nə də cibində qələm gəzdirməyən elə söz adamları var ki, bircə kəlməsicild-cild kitablara, tirajlı qəzetlərə bəs edir. Deməli, sözünə sahib çıxmaq,ortaya söz qoymaq üçün təkcə hansısa qəzetdə işləmək, kiminsə kölgəsinə qısınmaq,kiminsə müavini olmaq və ən azı kiminsə çevrəsində görünmək bəs eləmir. Yaxşıxatırlayıram, rəhmətlik Nüsrət Kəsəmənli oğurlanan misralarına görə, təpikaltına saldığı qələm adamlarından biri indi populyar şairdi. Diskləri, nəğmələri,bağı, nə bilim daha nələri var, amma şairliyi yoxdu. Bunu bilənlər bilir. Mən də"Ədalət" qəzetində öz sözümü, öz yazımı yazıram. Bunu da bilənlərbilir. Oxuyanlar da var, təbii ki, büküb kənara atanlar da. Heç kimi məcbur edəbilmərəm ki, yazdıqlarımı oxusun. Çünki mənim yazdıqlarım mənim özüməm, mənim həyatımdı,Quran ayəsi deyil və mən o iddiada da deyiləm.

Bu yerdə ağlımdan Sovethökumətinə rəhmət oxumaq gəlib keçir. Çünki o hökumətdə ən azı 51 faiz hər kəsyerini bilir, qalan faizlər dostların, qohumların, dayıların, maddi imkanınhesabına yazılırdı. Təəssüf ki, bu gün 51 faiz sonuncuların hesabınadır. Nə isə...

Dünya indiki durumundaçoxlu sayda problemləri, sualları, hətta cavabı göz önündə olan sualların daqarşısında çox aciz bir şəkildə boynunu bükür. Bu da təsadüfi deyil. Onagörə ki, anlayanlar anlamayanlara borcludular.


istidən

tıncıxmış şəkildə

şəhərin

küçələrində

elan vitrinlərində

iş gəzirəm, iş!

gözlərim

hədəqədən çıxıb

səbrim nəzarətdən...

bir başını qaldırıb

məni də gör

hərdən-

ay evi tikilmiş-

axı

avara qalıb bəndən!..

***

Ötən həftənin son günləri hava şəraiti qəflətən dəyişdi. Yayın istisicanımızdan elə bil ki, bir yumruğa çıxdı, tarazlığımızı itirdik. Hansı paltarıgeyinəcəyimizi, nə edəcəyimizi götür-qoy etməyə imkan da tapmadıq. Mən axırıncıdəfə kəndimizdə, dəniz səviyyəsinin hardasa 1100 metr hündürlükdə yağışdamcılarının o boyda olduğunu görmüşdüm. Təsəvvür edin ki, maşının damınatoxunan damcılar elə bil ki, nağara səsinə bənzəyirdi, sanki dolu yağırdı.Əlimi pəncərədən çölə çıxardım, ovcumun içərisinə düşən və ən azı fındıq boydaolan damcılar əlimi göynətdi. O damcıların tappıltısı bütün varlığımı ayağaqaldırdı. Dünənimi, keçmişimi gözümün önünə gətirdi və mən istər-istəməz hərşeyi, daha doğrusu, bugünkü həyatımla dünənimi və sabahımı bir müstəvi üzərinəgətirməyə çalışdım. Amma mümkünolmadı. Çünki dünənimdə saflıq daha çox idi. Bilmirəm bu nədəndi. Ola bilsinki, onda dünyanı indiki kimi tanımamışdım...

Ola bilsin ki, ondadünya bu qədər korlanmamışdı...Ola bilsin ki, onda mən və mənim özüm bildiklərimdünyadan bu qədər uzaq düşməmişdilər. Nə bilim vallah... Çox qarmaqarışıqlıqdıvə bu qarışıqlığın içərisində tapıb öz yerində oturda bilmədiyim bircə şey var.O da hər kəsin özünün olmasıdır. Yəni tanıdığım, gördüyüm kimi özü!!! Təəssüfki, mən o gücdə deyiləm. Əgər o gücdə ola bilsəydim, heç bir tərəddüdsüz mən dəhəm onları, həm də özümü üz-üzə gətirib siz oxuculardan, bizi necə görürsünüz?- soruşardım...

Bəli, biz əslində hərşeyi görüb və hər şeydən xəbər tütüb görüdüklərimiz və bildiklərimiz arasındabir savaş açırıq. Elə bilirik ki, bu döyüşdə özümüz qalib olacağıq. Ammaunuduruq ki, bizim savaşımızda sərf olunan gücümüz özümüzün deyil. O gücü bizəverən var və o güc söykəndiyi həqiqət boydadı, gerçəklik boydadı. Ondan sonrasıyalnız fərziyədi, boşluqdu.

Bax, qalib gələ bilməməyimizdə o boşluğu həqiqət kimi görüb ona güvənməyimizdən irəli gəlir. Neyləyək ki,biz xəyalən özümüzü həmişə gerçəklikdən çox-çox uzaqda görmüşük. Ona görə dəgünün necə keçməsi, vaxtın necə ötməsi ya diqqətimizdən yayınır, ya da ona əhəmiyyətverməmişik.


günün necə keçməsindən

xəbərim olmadı

olsa belə,

nəsə edə bilməyəcəydim.

yaxamı vermişəm

günün əlinə...

duyğularım,

xatirələrim,

elə gün də...

bezibdi məndən.

nə yanımda qaldı

nə də

məni özü ilə saxladı...

anladım ki,

o qız

bu bitən gündən

daha etibarlıdır...

özü qalmasa da,

ruhumu alıb

getdiyi yerlərə

təmənnasız apardı.


***

Mən bu yazıda özümüyazmaq istəyirdim, özümü göstərmək istəyirdim. Amma hisslər güc gəldi... yaddaşimkan vermədi. Yəni yaddaş hissləri üstələdi, korun yaddaşı əlində olduğukimi... karın yaddaşı gözdə olduğu kimi... lalın yaddaşı dodaqlarda puçurladığıkimi... Mən də elə kar kimi, kor kimi, lal kimi hər şeydən, daha çox isə özümdəndanışmaq istədim, amma alınmadı. Bilmirəm niyə? Bəlkə də bilirəm, amma deyəbilmirəm. Çünki desəm öldürərlər... Daha doğrusu küsərlər. Hər kəs dediklərimdənözünə nə isə götürər, dediklərimin içərisində özünü görər... İndiki yaşımda,indiki durumumda çörəyi daşdan çıxardığım bir məqamda bu mənə heç də lazımdeyil. Qoy hər kəs öz bildiyini bilsin, mən də öz bildiyimi. Lakin hamının bilməkistədiyi, amma mənim bildiyim bir gerçək də var, o da təbii ki, özəl duyğu, özəlsevgidi. Bax bu mənada mən bütün yazılarımda toxunduğum həmin o, özəl olanınyanından sakitcə keçib gedə bilmərəm. Bax, elə indi də…


İnciyirəm özümün

Özümdə olmağıma.

Bu qədər ağrılarla -

Dözümdə olmağıma…


Sevinirəm özünün

Özümdə olmağına.

Ürəyimə sığınıb,

Gözümdə olmağına!


İnciməklə sevilmək

Qarışıb bir-birinə.

Sındırsan nə qoyacam -

Ürəyimin yerinə?!


Hə, mən özümü yazmasamda, daha doğrusu bunu bütünlüklə edə bilməsəm də, düşünürəm ki, nəsə oxuna biləcəkbir şey yazdım. Və onu da bilirəm ki, bu yazını heç kim oxumasa belə, sənoxuyacaqsan, çünki sən də sevirsən. Və deməli kim sevirsə, o oxuyacaq. Və bir də...


bölüşə bilmədiyim

təkliyimdmn bezmişəm.

mən sənin unutduğun -

çəkdiyimdən bezmişəm...


səhərim də açılmır

gecəm də laldı sanki...

mən sənə yalvarıram -

sən qibləmsən! -inan ki...


bu yalvarış, bu təklik,

bu bezmək, bu lal sükut...

söyləyir, birdəfəlik -

var olduğunu unut!


TƏQVİM / ARXİV