Aqil ABBAS: Məmməd Bəy Cavanşirin xəzinəsi və Çingiz Xanın itən məzarı

AQİL ABBAS
78888 | 2017-07-30 10:00

Neçə əsrlərdi dünyanınbütün araşdırmaçıları, arxeoloqları Çingiz xanın məzarını axtarır. Axatırırlar,amma tapa bilmirlər. Əmir Teymur vəsiyyətetmişdi ki, mənim məzarına toxunmayın, yoxsa qan su yerinə axacaq. Vəsiyyətini eşitmədilər,həm birinci dünya müharibəsinin, həm də ikincidünya müharibəsini başlanmasındanbir az əvvəl Ulu Xaqanınməzarını açdılar, dünya qan içində üzdü. Belə bir fərziyə də var ki, əgər Çingizxanın məzari tapılıb açlarsa, bütün dünya məhv olar. Təbii ki, alimlər Əmir Teymurainanmadıqları kimi Çingiz xanla bağlı bu ehtimala da inanmırlar. Amma Çingiz xanınməzarı tapılıb açılmasa da, deyəsən elə dünyanın sonudu.

Çingiz xanın məzarınınitməsi ilə bağlı müxtəlif ehtimallar var. Biri də belədir:

Xan ölüm qabağı özününən inanılmış 25 əsgərini çağırır və deyir ki, məni heç kəsin ağlına gəlməyən biryerdə dəfn edərsiz və bu sirri ömrü boyu heç kimə açmazsınız.

Sonra xan daha əninanılmış 50 əsgərini yanına çağırır və deyir ki, gözləyin, məni dəfn edib qayıdanlarınhamısını qırın.

Sonra daha inanılmış100 əsgərini çağırır və deyir ki, gözləyin, məni dəfn edib qayıdanları qıran əsgərlərinhamısını sonra siz qırarsınız. Və beləliklə, məzarının yerinin sirr olmasını önləyir.

Görəsən, Çingiz xanniyə məzarının itməsini istəyirmiş? Təbii ki, bu suala cavab vermək çox çətindi.Xanlar xanı, dünyanın sahibi Çingiz xan Göy Tanrıya inanırdı. Göy Tanrı da təbiiki, laməkandı və gözə görünməzdi. Çingiz xan da öz dönəmində belə demək mümkünsə,Yer üzündə Tanrının türklərə göndərdiyi bir elçisiydi. Görünür, elə ona görə dəTanrıya qovuşarkən Tanrı kimi laməkan olmaq istəmişdi.

Belə bir hədis dəvar ki, Məhəmməd peyğəmbər (ə.s) də məzarınınitməsini istəyirmiş. Ona görə də vəsiyyət edir ki, mən öləndən sonra bir nuranikişi gələcək, tabutumu bir dəvəyə yükləyibverərsiniz həmin nurani kişiyə və onu izləməzsiniz.

Peyğəmbər Allaha qovuşandan sonra həmin o nurani kişi gəlirvə peyğəmbərin vəsiyyətini xatırladır. Peyğəmbərin tabutunu bir dəvəyə yükləyirlərvə verirlər həmin adama. O da üz tutur səhraya. Xeyli gedəndən sonra hiss edir ki,onu izləyirlər. Çevrilir izləyənlərə qəzəblənir, günah işlətdiklərini deyir və qeybolur.

Sonra Peyğəmbərinvəsiyyətini yerinə yetirməyənlər Onun nəvələrinin başlarını kəsdilər.

Və daha sonra məzarınınyerini dəyişmək istədilər. Bu təxminən ötən əsrin 20-ci illərində olub. Həmin zamanAtatürk Səudiyyə Ərəbistanın kralına kiçik bir məktub göndərir. Məktubda yazılır: «Səudiyyə kralı! Eşitmişəm Peyğəmbər həzrətlərinin məzarını söküb başqa yerdə dəfnetmək istəyirsən. O məzara toxunarsan, İstiqlal savaşını buraxıb qoşunlarımı götürübenərəm aşağı!»

Səudiyyə Kralı daAtatürkün qorxusundan fikrindən daşınır.Belə-belə işlər!

Gələk Məmməd bəyCavanşirin xəzinəsinə. Mən Çingiz xanını məzarıyla bağı fərziyələri oxuyarkən yadımaPənah xanın nəvəsi, qarabağ qoşunlarının sərkərdəsi Məmməd bəy Cavanşir Batmanqılıncdüşdü.


Tarixdən məlum olduğukimi, Ağa Məhəmməd şah Qacar sübh namazından sonra Tiflisə hücum edir və günorta namazını da TiflisdəkiŞah Abbas məscidində qılır. Yəni bir neçə saata Tiflisi götürür. Və Tiflisdən çıxarkəndə onun üzünə ağ olan vassalı İraklinin xəzinəsinidə özü ilə götürür…

… İndi gopa basırıqki, Qacar 40 gün Şuşanı mühasirəyə aldı, amma tuta bilmədi. Azərbaycan nağıllarından biri. Bir neçə saataTiflisi ələ keçirən Qacar pah attonan Şuşanı 40 günə ala bilmədi?! Şuşanı dağıtmaqistəmirdi, yandırmaq istəmirdi. Çünki özünün din qardaşları yox ey, qan qardaşlarıydı,qohum-əqrəbasıydı. Ona görə də Şuşanı yandırmadı, dağıtmadı, camaatını qırmadı.Yalnız onun qabağını kəsən Məmməd bəyin Hindarx bölgəsində qoşunları ilə savaşdıvə təbii ki, qalib gəldi və Şuşaya yollandı. Məmməd bəy bir az da Əsgəran qalasındamüqavimət göstərdi, amma möhtəşəm Qacarınqarşısnda duruş gətirə bilmədi. Ona görədə Qacar Şuşaya çatanda xəbər göndərdi ki, sizi Tiflisin gününə salaram, qapılarıaçın! Şuşa da Qacarın önündə diz çökdü və qalanın açarlarını İbrahim xanın vəziristatusunda Molla Pənah Vaqif Qacara təhvil verdi…

… Qacarın ölümündənsonra müvəqqəti hakimiyyətə gələn Məmməd bəy Cavanşir Batmanqılınc Qacarın gətirdiyixəzinəyə də sahib olmuşdu. Sonra Məmməd bəy Car-Balakəndə olan əmisinə elçi göndərmişdi ki, gəl, xanlığını təhvilal. Uzun müddət İbrahim xan qorxmuşdu ki, Məmməd bəy anasının və sevigilsini intiqamınıondan alar, Şuşaya qayıtmağa ürək eləməmişdi. Nəhayət, Məmməd bəyin çox təkidindənsonra təmtəraqlı Şuşaya qayıtmışdı. Bundan sonra Əbülfət ağa (İbrahim xanın oğlu)Məmməd bəyin yanın gedib deyir ki, atam səniöldürtmək istəyir. Təbii ki, İbrahim xan istəməzdi ki, iki qoçun başı bir qazandaqaynasın. Məmməd bəy də əmisindən inciyib Qacarın xəzinəsini də götürüb Şuşanı tərkeləmişdi.

Ehtimala görə, buxəzinə təxminən 13 ton yarım qızıl və ləl-cəvahirat imiş.

Həmin xəzinənin dəitməsi bağlı müxtəlif fərziyələr var.

Fərziyələrin də biribudu ki, Məmməd bəy öz nökərlərinə həminxəzinəni Qarabağ dağlarının harasındasa basdırıb. Və sonra həmin nökərlərin hamısınıqılıncdan keçrib ki, xəzinənin yerini kimsə bilməsin.

Amma Məmməd bəyinnəvəsi Əhməd bəy Cavanşir bu fərziyəni tamamilə təkzib edir. Yazır ki, Məmməd bəyAğdam bazarından Qarabağı yaxşı tanımayan İran hamballarını götürüb, sonra onlarıngözlərini bağlayıb və aparıb dağlarda xəzinəni onlara basdırdıb. Sonra da gözübağlıqaytarıb Ağdam bazarına və bazarda gözlərini açıb.

Təbii ki, mən birinciehtimala üstünlük verirəm.

Bu hadisədən biraz keçmiş Şəki xanı tərəfindən aldadılaraq Şəkiyə dəvət olunan Məmməd bəy Cavanşirəyemək zamanı bihuşdar verilir, yatırdılır, sonra elə yatdığı çarpayıya sarıyaraqŞamaxı xanına hədiyyə göndərilir. Şamaxı xanının da beş oğlunu Məmməd bəy Cavanşirdöyüşdə öldürmüşdü. Amma xanın özünü öldürməmişdi, gözlərini çıxarmışdı. Demişdiki, mən atasızlıqdan nə çəkmişəmsə, sən də get oğullarıyın o acısını çək! ÇünkiŞamaxı xanı Məmməd bəyin atası Mehralı xanı Şamaxıya qonaq çağıraraq namərdcəsinəöldürmüşdü.

Və beləcə, Məmmədbəyin qəfləti ölümü ilə də xəzinənin yeri itdi.

O xəzinəni də uzunillər axtardılar, tapa bilmədilər. Hətta qüdrətli Sovet hökuməti də 70 il Qarabağındağlarını deşik-deşik elədi, xəzinəni tapa bilmədi. Sovetin xəzinəni axtarışının da özümdə dəfələrlə şahidi olmuşam, elə şuşalılarda, qarabağlılar da.

Yəqin ki, indi erməniləraxtarır, x.. taparlar.

Məmməd bəy haqqında«Batmanqılınc» adlı bir tarixi roman yazmışam. İki dəfə Azərbaycanda, bir dəfə dəTürkiyədə yüksək tirajlarla nəşr olunub. Çox sevdiyim bir qəhrəmandı. Və Qarabağdaonun haqqında çox əfsanələr dolaşır. Xaincəsinə öldürüləndə 35 yaşı varmış.

İndi Çingiz xanınitmiş məzarı haqqında oxuyanda istər-istəməz Məmməd bəyi xatırladım.

Və sonda. ŞuşadaXəzinə qayası deyilən bir yer var. Ona görə Xəzinə qayası deyirdilər ki, guya Məmməd bəy xəzinəni orada basdırıb. Sovet hökumətidə oranı ha dəlik-deşik elıdi bir şey tapmadı.

Çox qəribədi ki,İbrahim xan ölüm hökmü çıxardığı adamları həmin Xəzinə qayasından atdırırdı.


TƏQVİM / ARXİV