SÖZ HEYKƏLİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
52815 | 2017-07-28 13:44

Bu, hər qələmsahibinə nəsib olmur

Hər bir söz, hərbir fikir elə-belə yaranmır, elə belə, necə deyərlər, Allah ümidinə doğulmur. Səbəblərvə bir də insanın içindəki söz yaratmaq, fikir dünyaya gətirmək istəyi,istedadı həmin məramın çin olmasına yol açır. Və beləcə hər gün dünyayasaysız-hesabsız söz gəlir, fikir gəlir. Təbii ki, onların hamısı müəyyən birzaman kəsiyi, məsafə keçə bilir, yaşaya bilir. Yəni sözün, fikrin ömrü olur. Buömrü haqq etmək, əbədiyaşarlıq qazanmaq hər sözə, hər fikrə qismət olmur.Doğrudur, "deyilən söz yadigardı" söyləyiblər. Amma yadigarlarınhamısı minilliklərə imza atmır. Təbii fəlakətə də tuş gələni olur, insannadanlığına da. Bax, ona görə mən hərdənqələm dostlarıma söz ömrü arzu edəndə məhz o yadigar sözlərin ömrünü nəzərdətuturam. Elə indi barəsində söz deyəcəyimSÖZün və MİSRAnın özünü də həmin sırada görürəm. Və öncədən xatırladıramki, bu, bir oxucu olaraq mənim gəldiyim nəticə, mənim qəbul etdiyim reallıqdı.Ola bilsin ki, əbədi tənqidçilərimiz və yaxud da duyğusal oxucularımız mənimlərazılaşmasınlar, burda qüsurlu heç nə görmürəm. Axı, burda söhbət SÖZdən,MİSRAlardan və FİKİRlərdən gedir.


Aman Allah,

İllərkeçir, yaddaş itir,

Torpaqitir.

Yaddaşımıbitirməyə

Təpəryetir.

Torpağımıqaytarmağa

Ümidyetir,

İgidyetir.

Əsir-əsir,yesir-yesir

Gedənimiqaytarmağa

əsirgəməyollar

yetir.

AmanAllah, içimizdə

butorpağı sevməyə

birçiçək təpəri,

çiçəksevdası

bitir.


Buşeiri bütünlüklə bir neçə dəfə oxumuşam. Və hər dəfə oxuduqca da mənə elə gəlibki, təkcə gözlərimlə oxumuram bu sözləri, bu misraları. Mənə elə gəlir ki, busözlər, bu misralar Allaha ünvanlanmış duadı və mən o duanı eşidirəm. O dua mənimqulaqlarımda səslənir. Hətta mən Tanrıya açılmış əlləri də görürəm. Pıçıldayandodaqlardakı kövrəkliyi də, həzinliyi də... Bunun içindəki işığı da, hərarəti dəduyuram. Çünki gördüyüm, eşitdiyim həmin sözlər, misralar dipdiridi, ürək kimidöyünür. Bunu görməmək, duymamaq mümkün deyil. Üstəlik, bu hamıdan çox, bəlkəelə müəllifin özündən də çox mənim bir yurdsuz-yuvasız qaçqın kimi hər günetdiyim duanın eynidi... hər gün Allahdan əl açıb istədiyim, həttayalvara-yalvara ONDAN umduğum bir diləkdi. Bax, bu yerdəsözün, misranın, fikrin duaya çevrilməsi birmənalıdı. Deməli, bu söz, bufikir, bu misra bir dua ömrü qazandı! Əgər biz arzularımıza qovuşana qədəryaşayacağımız zamanı dəqiq bilsək, deməli, həmin o dua ömrü qazanan SÖZün,MİSRAnın ikinci ömrü ondan sonra başlayacaq. Axı, bu millətin, bu məmləkətinAraz dərdi, Dərbənd dərdi, Göyçə dərdi sağalmayıb... Borçalı dərdiunudulmayıb!..

Qayıdıram sözə,qayıdıram misraya. Çünki əvvəldə dediyim dua ömürlü söz özü çəkib gətirir mənisözün yanına. Siz də diqqət yetirin, görün müəllif nə deyir.


Söz Tanrıdan gələnbir sirr,

Deyilməyən sözünəsir.

Səs haqq yolu,son görünmür,

Bu səs məniöldürəcək.


Səsdən yoltoxuyaq, gedək,

Qəm evini yıxaq,gedək.

Sözdən çiçək göyərtməsək,

Bu səs məniöldürəcək.


Ayrılıq var,haqdan deyil,

Sınan tale bəxtdəndeyil,

Mən ölməzdimvaxtı deyil,

Busəsməni öldürəcək.


Eləburadaca xatırladım ki, bir hissəsini diqqətinizə çatdırdığım şeir xalq artistiİlhamə Quliyevanın şərəfinə yazılıb. Onun səsinə qoyulmuş heykəldi bu sözlər. SÖZ HEYKƏLİ! Bunu da biroxucu cəsarətiylə deyirəm. Çünki sözün Tanrıdan gəldiyi bəllidi. Amma səsdənyol toxumaq, sözdən çiçək göyərtmək heç də adi, necə deyərlər, elə-beləqalaq-qalaq olmuş, unudulmuş söz, fikir deyil. Bu, ürəkdə doğulan, vəhlə gələn,bu canda-qanda çiçək açan sözdü, fikirdi, misradı. Və çox qəribədi ki, bu sözləriqışqırmadan, reklam etmədən, eləcə heyranı olduğu səsin işığında yazır. Və o səsinişığı da bu sözləri, bu misraları həmin səsin özünə abidə kimi ucaldır. Və...

Biroxucu olaraq sözdən çiçək göyərdən müəllifindünyasında daha tər, daha maraqlı, necə deyərlər, üstünün şehi qurumamış digərgünlərə tərəf üz tuturam. Bu rəngarəngliyin içərisində bir anlıq susuram.


Mənlaylay eşitdim çəhrayı rəngdə,

Mənöyüd eşitdim çəhrayı rəngdə.

Üzümdəgöz yaşın möcüzə, Vallah,

Görsəninanmazsan - çəhrayı rəngdə!


Adətəninsanlar ağ rəngi tərənnüm edir. Bəyazadaha çox üz tutur. Amma elə yer, elə məqam gəlir ki, özündən asılıolmadan o birrənglik gözü yorur, səni özündən uzaqlaşdırır. Və sən yorulangözünü, səni özündən uzaqlaşdıranı biranlıq yaddaşından, baxışının önündən uzaqlaşdırmaq, silmək istəyirsən. Bax,onda çəhrayı rəng və ümumiyyətlə, rəngarənglik necə deyərlər, yerinə düşür.Çünki o çəhrayı rəngdə cəlb etməklə yanaşı, həm də insanın içində düşünmək,özünü bir az rəngarəng məkanda hiss etmək, hətta mən deyərdim ki, özünü rəngləraləmində görmək istəyi yaradır. Axı çəhrayı rəng (əgər gözünüzün qarşısına gətirsəniz- Ə.M) bütövlükdə tam bir rəngi ifadə etmir. Onun qarışıq damarı bu həyatın, budünyanın özünə tutulan bir güzgüdü. Orda qırmızı da var, yaşıl da var. Deməli,burda bir məntiq də ortaya gəlir - yaşıl rəngin həyat eşqi, qırmızı rəngin ürəkdəkiəksi, yəni damarlara qovulması... və bir də təbii ki, həmin o SÖZ, FİKİR,MİSRA!

İnsan,xüsusilə valideyn missiyasını yaşayan, onu həyatının ayrılmaz hissəsinə çevirənAllah bəndəsi hər şeyin yaxşısını övladı üçün tapmağı, qurmağı arzulayır. Bununüçün bütün çətinliklərə sinə gərir. Xüsusilə ANA hər zaman bir əli, bir gözüövladının üstündə olmaqla yaşadığı ömrü də özü üçün sərf etmir. Soyuqda da,istidə də, yağışda da, günəşdə də, bağda da, dərədə də, kənddə də, şəhərdə də.Deməli, təbiətin butün məqamlarında,bütün güşələrində, yəni bütünlüklə həryerdə, hər durumda ANA övladını biranlıq da olsun unutmur və xüsusiləqurduğu nağıllar, ürəyindən keçən arzular övlada şamil edilir. İndioxuyacağımız şeir də Dədə Qorqud boylarından gələn bir dilək kimi səslənir.


Dili şirinnağılım, noğulum,

Oğuz soylu xanoğlum.

İçimdəki pöhrə-pöhrə,arzum- muradım,

Sənsən mənimöyünəsi güvənc yerim,

Qala baxdım,

Bu gün şıltağım,dəcəlim

Sabahkı səngərim,qalam, Şamxal balam.

Adının mənasınıboyundan yuxarı tutmağı öyrən,

Əqidəsindən birmisra enməyən Nəsimi kimi,

Dilinin,torpağının şahı Xətai kimi,

Dərbənddən Zəncanasərhəd dedi

O, dayandı ərənkimi, ər kimi,

Həyat tarix, hünərdə mülk, söz də mülk.

Əbədidir,qalandır.

Azadlığı zərrə-zərrə,qram-qram istəmədi

Ulu Türk.

Oğul getsə, anagetsə, ata getsə Vətən dedi, qalandır.

Sən Tanrının Vətənə"yanvar" payı

Gedənlərə əvəz,elə gərəksən, oğlum.

Sən azadlıqaşiqlərinin Xələfi, gələcəyisən,

qurbanın olum.

Sən düşmən çəpərim,Vətən sərhəddim

Əlincə qalası -Vətən balası, Şamxal balam.


Zənnimcə, bu,övladın təkcə boyunu sevmək, onu oxşamaq deyil. Bu həm də oğulun çiyinlərinə hələkiçik yaşlarından vətəndaşlıq missiyasını qoymaqdı. Ona kimliyini, hardan gəlibhara gedəcəyini, hansı yolu tutacağını əzizləyə-əzizləyə, sevə-sevə bir laylakimi pıçıldamaqdı. Və yanvarda doğulduğunu vurğulamaqla həm də onu xalqını, məmləkətini,millətini faciəsinə biganə qalmamağa, tarixi gerçəklikləri acı da olsa bilməyəsəsləməkdi. Çünki bu xalqın hər gün səbirsizliklə gözlədiyi bir müjdə var. Omüjdəni məhz bu cür oğullar gətirməlidi, bu cür oğullar xalqına yetirməlidi. Eləona görə də müəllif yazır ki:


Vətən deyib yolavaran,

Zülümdə də haqqaxtaran,

Şuşaya ilkbayraq asan,

Könlümə qardaşdüşübdü.


Kaş ki, bu təkcəkönlümüzə düşən, fikrimizdən keçən arzu, dilək deyil, həm də bir gerçəklik, birreallıq olaydı. Doğrudur, hər arzu, hər dilək insan ürəyinin tələbidi, onunqovuşmaq istədiyi məqamdı. Bu mənada şeirdəki Şuşaya bayraq sancmaq arzusu isətək bir ürəyin qovuşmaq istədiyi sevinc deyil. Bu əslində bütün millətin içindəngəlib keçən, amma bir ürəkdə söz, fikir, misra kimi doğulan arzudu. Bunu da müəllifo qədər səmimi və rahat bir şəkildə oxucuya pıçıldayır ki, ona qoşulmamaq əslindəən böyük günahlardan biri olar.

Mən sözlər,misralar arasında dolaşarkən gördüm ki:

Gülüşümə hicrankilid,

Xatirələrbölük-bölük.

Gəl dünyamı özünkirit,

Sənsiz keçən hərgünümdə.


Zənnimcə, şeirinbu fikir yükünü də bütün oxucular, yəqin ki, rahatlıqla qəbul etdilər. Axı, hərbirimizin özəl dünyası isti ələ, isti nəfəsə ehtiyac duyur. Ona görə də həmin oehtiyacımız olan insanın yanımıza gəlməsi, yanımızda olması bizi təkcə təklikdən xilas etmir. O həm də Vətənin əsgəri kimidünyamızı rahat, ağrı-acısız, təhlükəsiz olmasında sözünü deyir, nəfəsimizə nəfəsiniqatır. Və bu yerdə diqqətimi çəkən sarı çiçək həmin o çəhrayı rəngin qarşısındaöz məna yükünü, öz alt qatını gizlədə bilmir. Axı şair özü pıçıldayır bizə:


Sevda yolçusuyuqyolu bitməyən,

Sevinsin mələklərgöydən gətirən.

İçimdə göyərən,içimdə bitən,

Solan sevdalarınsarı çiçəyi.


Bilmirəm, təsadüfdənoldu, yoxsa elə diqqətimi çəkən son şeirlər hardasa səs-səsə verdi, hardasabir-birini sanki tamamladı. Çünki həsrətin bitməsi üçün o həsrətə səbəbkar olansənin dünyana gəlməlidi. Sənin dünyanınqapısı da yalnız onun addım səsinə, onun sevgisinə açıqdı. Doğrudu, bəzənsarı rəngi ayrılıq təmsilçisi kimi təqdim edirlər. Amma unutmaq lazım deyil ki,bütün çiçəklərin bir missiyası var. O da ətrini bağışlamaqdı, təqdim etməkdi.Onu qəbul edənin içi, dünyası, düşüncəsi hansı səviyyədədirsə, o rəngi, o ətridə həmin düşüncənin səviyyəsində qəbul edir. Bax, bu yerdə sarı çiçəyin içimizdəgöyərən həsrətimizin, sevgimizin rəngi ilə harmoniyası danılmazdır.

Bəli, SÖZün,MİSRAnın, FİKİRin əlindən tutub gəzdiyim bu çəhrayı dünyada bir anlıq dayanıböz-özümə dedim:

- Mənə bu anlarıyaşadan, bu çəhrayı dünyada özümlə həmsöhbət olmağa imkan verən müəllifə, yəniSona xanım Vəliyevaya mütləq oxucu təşəkkürünü yetirməliyəm. Elə həmin təşəkkürlədə çəhrayı rəngli dünyamda qalıram.



TƏQVİM / ARXİV