POLİS ZİYALI OLSA…

FAİQ QİSMƏTOĞLU
62941 | 2017-07-28 11:45

… Bütün peşə sahibləriarasında ziyalı insanlar çox olanda bundan ən çox bu vətən, bu millət, bu xalq vəbu dövlət qazanır. Çünki ziyalı heç vaxt öz marağını və istəyini önə çəkmir. Ənazından ona görə ki, belə adamlar üçün bayaq dediyimiz kimi, vətən, millət və xalqdaha öndədir! Elə öndə olanı da ziyalı insan həmişə diqqət mərkəzində saxlayır vəçalışır ki, harda işləməyindən asılı olmayaraq, hər şeyə ədalətlə yanaşsın!..

… Bir avropalıdansoruşurlar ki, necə oldu Avropa qısa zaman kəsiyində dünyanın ən inkişaf etmiş demokratikbir dövlətlərinə çevrildi?! Bu suala cavab verən avropalı deyir ki, çox sadə; bizbütün vəzifələrdə ziyalıları əyləşdirdik, onlar da başqaları kimi özlərinə deyil, ölkəyə, dövlətəvə millətə xidmət elədilər. Ona görə də indi gördüyünüz Avropa yaranıb!..

Sözümün canı ondanibarətdir ki, bu gün Azərbaycan polisində də kifayət qədər ziyalı, səviyyəli, dünyagörüşlüvə ədalətli əməkdaşlar var. Bunu tək bizdemirik. Bunu həm də həmin quruma müraciət edən və orda səmimi qarşılanan yüzlərlə,minlərlə insanlar deyirlər! Əlbəttə, son 20 ildə Azərbaycan polisi keçmiş ənənələrəsöykənərək daha da güclənib, ən müasir texnika və avadanlıqlarla təchiz edilib.Azərbaycan polisinin hərtərəfli və yüksək səviyyədə fəaliyyəti üçün prezident İlhamƏliyev tərəfindən hər cür şərait yaradılıb. Son vaxtlar neçə-neçə inzibati binalar, hospitallar vəeləcə də digər tikililər polisin istifadəsinə verilib. Təbii ki, bu cür şəraitinyaradılması Azərbaycan polisinin daha rahat və normal işləməsinə imkan verir.

Azərbaycanpolisində ən böyük ziyalı Daxili İşlər naziri,general-polkovnik cənab Ramil Usubovdur. Ramil Usubov fəaliyyətə başladığı ilk gündəndövlətə, Prezidentə və xalqa sədaqətilə seçilib. Təbii ki, yüksək peşəkarlıq, intellektsəviyyə və ziyalılıq da burda önəmli rol oynayıb. Hər bir rəhbər çalışır ki, ətrafındakıkadlarda peşəkarlıqla yanaşı, yüksək mədəniyyət sahibi olsunlar. Çünki peşəkarlıqlayüksək mədəniyyət vəhdət təşkil edəndə, baxonda hər şey öz müsbət təsirini qısa zaman kəsiyində göstərir!..

Biz27 ildən çoxdur ki, Azərbaycan polisilə əlaqəli işləyirik. Yəni bir qayda olaraq qəzetimzdə polisinvətənpərvərliyini, cinayətkaralara qarşı mübarizəsi, ictimai asayişi qorumasınıvə yol hərəkətinin təhlükəsizliyini təminedilməsini ön plana çəkmişik. Ən azından ona görə ki, polisin işinin işıqlandırılması,onların dövlətə və dövlətçiliyə sədaqətiniqabartmağımız bir daha onu göstərir ki, bütün peşə sahibləri kimi, polisə də cəmiyyəttərəfindən dəstək verməli, kömək göstərməlidir. Əhali arasında maarifləndirmə işlərininaparılması, insan arasında polisə qarşı sevgi hisslərinin oyanması üçün mətbuatınüzərinə çox böyük məsuliyyət düşür. Çünki mətbuat dördüncü hakimiyyət sayılır vəonun çox böyük gücü vardır. Bu güc də təbii ki, ilk növbədə bayaq dediyimiz kimi,dövlətə və dövlətçiliyə xidmət etməlidir.

Bayaq dedik ki, biz «Ədalət» qəzeti olaraq Azərbaycanpolisilə mütəmadi olaraq əlaqələr yaradırıq. Onların vətənpərvərliyini, dövlətə necə sadiq olmalarınıkonkret yazılarımızla gündəmə gətiririk. Biz bu 27 ildə çoxlu sayda şərəfli, ziyalıvə vətənini sevən polis əməkdaşları görmüşük. Və onların hər biri sözün həqiqi mənasındavətən üçün hər an ölümə hazır olublar! Qarabağ döyüşlərində, cinayətkarlığa qarşımübarizədə, ictimai asayişin qorunmasında sinələrini qabağa veriblər!..

… Bizim ən çox hörmətelədiyimiz ziyalı polislər var. Onlarla ünsiyyətdə olanda biz özümüz də xoş birauraya düşürük və onlardan müsbət enerji alırıq. Belə ziyalı polislərdən çoxlarınınadını və soyadını çəkə bilərik. DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayorRamiz Zeynalov elə bir ziyalıdır ki, onunla söhbət eləyəndə, ünsiyyətdə olanda sankiinsan özünü ən gözəl bir yerdə hiss edir. Yüksək mədəniyyət, yüksək intellekt vəvətənpərvərlik hissi onun hər hərəkətində, hər sözündə hiss olunur. Adam bəzən onunyüksək mədəniyyəti önündə utanır. Çünki o qədər səmimi və sadə hərəkət edir ki,bu anlara, bu dəqiqələrə adam qibtə ilə baxır. Düşünür ki, nə yaxşı Azərbaycan polisində bu cür böyükziyalı, elmli və dünyagörüşlü generallarımız var. Belə generallarla görüşəndə buvəzifəyə də, bu rütbəyə də adamın hörməti birə beş artır. Bəlkə də bu barədə dahaçox yazmaq olar. Amma sadəcə olaraq mən bir jurnalist olaraq ürəyimdən keçən birneçə kəlməni xatırladım.

Elə bu ziyalılığınnəticəsidir ki, Baş Dövlət Yol Polisi İdarəsində çox gözəl və sağlam bir mühit yaradılıb. Yəni cənab generalınətrafında olan vəzifə sahibləri də öz ziyalılıqları, savadları və dünygörüşləriylə fərqlənirlər. Bu isə o deməkdir ki, həmin vəzifədəçalışan insanlar xalqla daha səmimi və daha ədalətli davaranır. İnsan da ədalətliolanda təbii ki, ondan və fəaliyyətindən çoxları razı qalır.

Bir vaxtlar Nizamivə Binəqədi rayonlarında mühafizə polisinin rəisi işləmiş polkovnik Səməd Hüseynov yadıma düşür. İndi o, təqaüddədir. Əslən gədəbəyli olan Səməd Hüseynovla görüşəndəonun şirin, səmimi söhbətlərindən doymaq olmurdu. Ədəbiyyatımızı, tariximizi eləgözəl bilirdi ki, hər hansı mütəxəssis onun savadına təəccüb edərdi. Onunla birmövzuyla bağlı söhbət aparanda o dəqiqə hiss edirdin ki, bu adam başdan-ayağa ziyalıdır.Və təbii ki, bu cür insanlar polisin nüfuzunu zamanından və məkanından asılı olmayaraq,həmişə yüksəldiblər. Onların yanına gedənlər isə belə ziyalı polislərdən inanmıramki, narazı qalsınlar. Çünki onlar hər şeyə ədalətlə yanaşıblar.

Beş il bundan əvvəlFüzuli rayonuna bir polis rəisi təyin edilib.O, Xəqani Məmmədovdur. İnanın, Xəqani müəllimlə heç bir stəkan çay da içməmişəm.Amma bu beş ildə o, Füzuli rayonunda elə bir hörmət qazanıb ki, hamı ona öz doğmasıkimi baxır. Çünki Xəqani Məmmədov heç kimin hüququnu tapdamayıb və heç kimin qəlbinədəyməyib. Düzdür, cinayətkarlığa qarşı rayonda mübarizə də yüksək səviyyədə təşkiledilib və hər hansı Füzuli sakini çox asanlıqla onun qəbuluna düşə bilir, probleminideyir və o məsələ də qısa zaman kəsiyində öz həllini tapır. Çünki Xəqani Məmmədovziyalı insandır, haqqı nahaqqa verən deyil. Və həmişə də camaatın, xalqın içindəolur. Polis əməkdaşlarına da konkret tapşırıq verib ki, heç kimlə kobud rəftar etməkolmaz. Əgər kiminsə hərəkətində cinayət tərkibi varsa, onunla da qanunun dilindədanışmaq lazımdır. Yəni cinayətkarın da hüququ pozulmamalıdır. Əlbəttə, belə olandahəmin o cinayətkar da görür ki, polis onunla qanun çərçivəsində davranır, ona zorgöstərmir. O da istə-istəməz hərəkətlərindən peşman olur və bir daha belə səhv addım atmayacağını bildirir.

Mənim tanıdığım birziyalı polis zabiti də var. Bəlkə də o istəməz ki, adını, soyadını çəkim. Çünki o, tərifi sevmir. Amma elə şeylər var ki,onu yazmasan, deməsən olmur. Bu, mənim tanıdığım polis polkovniki İlham Rəcəbovdur.Son dərəcə savadlı ziyalı və dünyagörüşlübir zabitdir. Həmişə də kabinetinin qapısıqəbula gələnlər üçün açıq olar. Bir dəfə görmədim ki, o kiminsə qapının ağzındaləngitsin və onu qəbul etməsin. İki daşın arasında da olsa həmin adamı qəbul edir,problemləri ilə maraqlanır və ona kömək göstərir. İlham Rəcəbov çox mütaliəli, savadlıvə ziyalı bir insandır. Bayaq dedik ki, insan ziyalı olanda bundan ən çox qazananbu vətən, bu torpaq, bu millətdir. Və bu cür ziyalılar həmişə polisin nüfuzunu yüksəldir, onu xalqa bir daha yaxınlaşdırır.

Yol Patrul XidmətiAlayının 1-ci tağımında son dərəcə tərbiyəli, savadlı və mədəni bir zabit də var– polis leytenantı Rasim Əliyev. Onunla dəfələrlə müxtəlif mövzularda söhbətlərimizolub. Və bəzən hər hansı mövzu ilə bağlı bilmədiyim mətləbləri ondan öyrənmişəm.Rasim Əliyev bir polis zabiti olaraq çox ədalətli və vicdanlı bir insandı. İnanın,o dərəcədə səmimi, o dərəcədə qabiliyyətli zabitdi ki, adam belələrinə baxanda fəxredir. Fəxr edir ki, Azərbaycan polisində belə mədəni ziyalı insanlar var.

Bəzən bir çoxlarıpolis nəfərlərinə yuxarıdan aşağı baxır. Amma nahaq yerə! Yol Patrul Xidməti Alayının6-cı tağımında bir polis baş serjantı var - Əşrəf Orucov!Bu adam nə qədər savadlı və mütaliəlidir.Coğrafiyanı isə hər hansı mütəxəssis qədərçox mükəmməl bilir. İstər dünyanın, istərsə də ölkəmizin bütün şəhərlərində nə qədərinsan yaşayır hamısını əzbər bilir. Ayrı-ayrı ölkələrin ərazilərini, iqtisadiyyatını,kənd təsərrüfatını o qədər gözəl şərh edir ki, onun məntiqi mühakiməsinə heyranqalmaya bilmirsən. O həm də çox vətənpərvər və millətini sevən bir polis əməkdaşıdı.Qarabağ döyüşlərində iştirak edib. Vətənin ağır, çətin günündə sinəsini irəli verib.Və bu gün də öz vəzifə borcunu namusla, şərəflə yerinə yetirir. Və həmişə də söhbətdüşəndə deyir ki, müəllim, mən heç vaxt kiminsə barəsində ədalətsiz protokol yazmamışam.Düzdür, mənim də qüsurlarım, çatışmayan cəhətlərim var. Amma öncə ona çalışmışamki, heç vaxt kiminsə haqqını tapdamayım və hüququnu pozmayım.

Bu yazını qələməalmaqda məqsədimiz ondan ibarətdir ki, bir daha cəmiyyətə göstərək Daxili İşlər Nazirliyi sistemində nə qədər vətəninisevən, dövlətini sevən, prezidentini sevən ziyalı insanlar var. Bu yazını həm dəona görə yazdıq ki, bir çoxları polisə yuxarıdan aşağı baxmasın və deməsinlər ki,onlar savadsızdılar. Bu gün polis orqanlarında çox savadlı, çox ziyalı, çox elmli,çox da mədəni əməkdaşlar var. Sadəcə olaraq, onlarla ünsiyyətdə olmaq, onlarla söhbəteləmək, onların ürəyinin, qəlbinin səsini eşitmək lazımdır! Çünki o ürək, o qəlbhəmişə vətən eşiqilə döyünür, milləti sevir və xalqı hər şeydən üstün tutur! Bu isə o deməkdir ki,Azərbaycan polisində bu gün çoxlu sayda ziyalı, vətənpərvər, xalqını və millətinisevən insanlar çalışır. Allah xalqını və millətini sevən, Prezidentinə sadiq olanziyalı polislərimizi qorusun!..


TƏQVİM / ARXİV