adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Iyul 2017 14:21
19337
KRİMİNAL
A- A+

Gömrükdə külli miqdarda narkotik tutuldu

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşının çantası rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

DGK-dan Adalet.az-a verilən məlumata görə, bu səbəbdən həmin çantaya təkrar yoxlama keçirilib. Yoxlama zamanı çantanın içərisindəki geyim əşyalarının arasında soyuq silahlar - 1 ədəd dəyənək və 1 ədəd kombinə edilmiş kastet-bıçaq aşkar olunub. Bundan başqa, vətəndaşın ayaqqabısının sol tayının içində isə 1 ədəd bükümdə xalis çəkisi 2,992 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.