adalet.az header logo
  • Bakı 19°C
27 Iyul 2017 10:57
15466
KRİMİNAL
A- A+

Yasamalda dava: yaralı var

Bakının Yasamal rayonunda küçədə dava nəticəsində 1 nəfər ağır xəsarət alıb.

Adalet.az "Report"a istinadən bildirir ki, hadisə Yunis Dağlı küçəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Qasımov Ceyhun Zərbəli oğlu yaşadığı evin yaxınlığında küçədə iki nəfərlə əlbəyaxa dava edib. Nəticədə o, başından küt alətlə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. O, ağır kəllə-beyin travması alıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsi tərəfindən araşdırma aparılır.