adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Aqil ABBAS: FUTBOLUN NAMƏRDLİYİ, KAMİL DƏ ÖLDÜ...

AQİL ABBAS
72218 | 2017-07-27 12:56

Futbol elə bir xəstəlikdiki, mübtəla olmayan bilməz. Hər bir xəstəliyin müalicəsi var, hətta xərcəngin də!Amma futbol xəstəliyinin müalicəsi yoxdu. Tutuldun, işin bitdi. Futbolun ağrısıda çox ağırdı, sevinci də çox böyük sevincdi. Vaqif Cəbrayılzadənin (Bayatlının)çox gözəl bir şeiri var: "Toy evindən dörd hasar o yanda oynayanuşaq". Mən də elə futbolda toy evindən dörd hasar o yanda oynayan uşağa bənzəyirəm.Ən çox da qol olarkən sevinənfutbolçuların sevincini bəlkə də onlardan artıq yaşayıram.

Tez-tez işlətdiyimbir fikrim var, televizyonlarda da dəfələrlə demişəm, qəzetlərdə də yazmışam.Deyirəm ki: "Ölmək qorxulu deyil, insan əvvəl-axır öləcək. Amma fikirləşəndəki, sən öləndən sonra dünya çempionatları olacaq, gözəl-gözəl oyunlar olacaq, sənonları görə bilməyəcəksən, adam dilxor olur".

Bəzi ağzıgöyçəklərmənim bu sözümün başına ip salıb sosial şəbəkələrdə şivən çıxarırlar ki, niyə Qarabağı demir, futbolu deyir, bu necəqarabağlıdı?! Baş qoşmuram, qoy desinlər. Əvvəla mən Qarabağı görəcəm, Ağdamıda, Şuşanı da, Kəlbəcəri də görəcəm! Kim Qarabağı görəcəyinə inanmırsa, onunçatısı əskikdi. Nə isə...

Futbolun namərdliyinədi? Dünən çiynində gəzdirdiyin futbolçunu və ya məşqçini bu gün ayaqlarınınaltına alıb tapdalayırsan. İstəyir Messi olsun, Ronaldo olsun, Neymar olsun, RəşadSadıqov olsun, Bədavi Hüseynov olsun, Maksim Medvedyev olsun, Qvardiola olsun,Qurban Qurbanov olsun. Fərq etməz! Döyüşü asan bilir qıraqdan baxanlar...

Futbol biroyundu. Bu oyunda qələbə də var, məğlubiyyət də. Qələbə çalanda sevinirsən,alqışlayırsan. Oğul odur ki, komanda məğlub olanda yenə ona arxa durasan, sevəsən,bağrına basasan, ruhdan düşməyə qoymayasan, növbəti oyuna kökləyəsən. Yoxsa...

"Qarabağ""Şerif"lə heç-heçə oynadı. Bu dəfə bəxt komandamızın yanında olmadı. Neçə qolu qaçırtdıq. Keçən oyunda Rəşad Sadıqovmeydançanı vaxtından əvvəl tərkelədiyi kimi, bu dəfə də mərkəz müdafiəçimizKuba (Yakub Jezniçak) gözlənilmədən zədə aldı və meydançanı vaxtından əvvəltərk etməli oldu. Bu, komandaya ruhdüşkünlüyü gətirdi. Və birinci hissədə Qurbanov məcburi taktika gedişləri etməlioldu. Yəni birinci hissə ürəyim istədiyi kimi alınmadı. Hakimin kobud səhvlərinidə tullayıram qırağa. Amma ikinci hissədə komanda özünü ələ aldı və gözəl oyunnümayiş etdirdi. Amma yenə bəxt bizdən yana deyildi! Olsun! İnşallah, bir həftəsonra "Qarabağ" Moldovadasözünü deyəcək. Yüz faiz əminəm ki, qalib gələcəyik.

Baxıram sosial şəbəkələrdə,saytlarda "Qarabağ"ı top atəşinə tuturlar. Dünən"Samtredia" üzərindəki qələbələrə görə komandanı göyə qaldıranlar bugün tapdalamaq istəyirlər. Niyə qardaş?! Dünyada elə bir komanda varmı ki,bütün oyunlarda qalib gəlsin?! Dünyanınbir nömrəli komandası sayılan "Barselona" çempionlar liqasından kənardaqalıb. Braziliya öz meydançasında almanlara uduzdu. Yuxarıda qeyd etdiyim kimibu futboldu, eləsi də var, beləsi də var.

Mən əvvəllər"Qarabağ"ın bütün oyunlarını meydanda izləyirdim. Hara gedirdisə, komanda iləbirgə mən də gedərdim. Hətta bəzi xarici ölkələrə səfərlərində də komandanınyanında olmuşam. Son zamanlar komandanın oyununu nəinkimeydanda, heç televizyonda da izləmirəm. Bunun da səbəbini dəfələrləaçıqlamışam. Həddindən artıq həyəcanlanıram. Tez-tez kanala qayıdıb hesababaxıram və dərhal da kanaldan çıxıram. Görünür,bu, yaşla əlaqəlidi. Ümumiyyətcə futbolda həyəcanımı saxlaya bilmirəm. Bir dəfəstadionda "Qarabağ" Avropa çempionatında hansısa komandaya qolvuranda sevindiyimdən az qala huşumuitirmişdim. Yaxşı ki, yanımda dostlar vardı və hətta həkim çağırası oldular. Yənibelə həyəcanlanıram.

"Samtredia"ilə oyunda dostum Emrah Çelikel telefon açdı ki, istəyirik oyuna gələsən. Mən dəjurnalist dostum Aydın Bağırovu da götürüb getdim. O qədər çığırmışdım, o qədərhəyəcanlanmışdım ki, evə gələndə özümdədeyildim. Evdəkilər soruşdular ki, nə olub, səni döyüblər? Bəli, məni döymüşdülər,sevincim döymüşdü məni. Hətta səhərisi gün də özümə gələ bilmədim.

"Şerif"ləoyuna yenə də dəvətnaməm vardı, amma evdən buraxmadılar. Dedilər futbolda ölməkistəyirsən? Və zarafat da elədilər ki, qəzetlərə yaxşı manşet verərsən futboldaölsən. Televizyonda izlədim, səsim-küyüm də aləmi götürmüşdü. Bəzən futbolçularımıza söyürdüm. Amma Milli Qəhrəmanımız Allahverdi Bağırovun söyüşüylə. Allahverdi əvvəllər"Qarabağ"ın həm kapitanı, sonra isə məşqçisi olmuşdu. Belə bir söyüşüvardı: futbolçu əgər səhv edərdisə deyərdi:"Ay namərd, səni çörək tutmasın!". İndi "Şerif"lə oyunda "səhv edənfultbolçularımızı çörək tutmasın" hamısı canımızdı, ciyərimizdi.

Dostum QurbanQurbanova və futbolçulara da məsləhətim odur ki, hər sözü aldırmayın. Sizəinanırıq! Hətta məğlub olsanız da ürəyimizin başında yeriniz var.

Bəs Kamil kimdi?Ona Xaliqoğlu Kamil deyirdilər. Ağdamda yaşayırdı. Ağdam deyəndə, yəniQuzanlıda. "Qarabağ"ın heç bir oyununu buraxmazdı. Gəlirdi Bakıya,oyuna baxıb qayıdırdı. O da oyun zamanı çox həyəcanlanırdı. Onu görən kimi dəistəyirdim gətirəm yanımda şərəf tribunasında oturdum. Deyirdi yox, müəllim, mənuşaqlarla oturacam. Gedib otururdu fanatlarla. "Qarabağ"ın səfəroyunlarına da gələrdi. O adamınevi-eşiyi dağılmışdı, yandırılmışdı, Ağdamdakı bahalı həyatı məhv olmuşdu.Bütün nəsliylə çöllərdə idi, çadır şəhərciyindəydi. Onu həyatda yaşadan təkcə"Qarabağ" idi, "Qarabağ"a sevgisiydi.

Srağagün eşitdimki, rəhmətə gedib. Yəni çıxıb gedib Ağdama. Elə də yaşı yoxuydu, təxminənaltmış. Ağdamsızlığa dözməyib ürəyipartlayıb. Yəqin ki, Bakıya"Qarabağ"ın oyununa baxmağa gələcəymiş, qisməti olmadı.

Qədir Rüstəmovİstanbulda xəstəxanada koma vəziyyətində olarkən ziyarətinə getdim və gördüm Qədir yoxdu.Yavaşca Qədirə yaxınlaşıb bağırdım: "Qədir, Ağdamı aldıq! Aldıqey!" Dedim bu dünyadan rahatköçsün. Sonra çıxdım çöldə hönkur-hönkür ağladım. Qədirə yalan danışmışdım.

Bir həftədənsonra gedəcəm Kamilin qəbri üstünə və deyəcəm: "Kamil, "Şerif"inanasını ağlatdıq ey!" Amma bu dəfə yalan olmayacaq. İnşallah!"Şerif"in anasını ağladacayıq.

Anadırarzulara hər zaman Qarabağ!

Vəbu gün oxuyan dil-dodağın da nə tardı, nə kaman. Qurban Qurbanovdu və onun uşaqlarıdı!


  • Aprel:
  • 5

TƏQVİM / ARXİV