NƏZARƏTSİZ QALAN UŞAQLAR

FAİQ QİSMƏTOĞLU
61086 | 2017-07-26 12:35

Biz böyüklərin günahlarıaz deyil. Düşünsək ki, hər birimiz övlad böyüdürük, onları tərbiyə edirik, həyatahazırlayırıq. Bax, onda çiynimizdə nə qədər ağır məsuliyyət olduğunu dərindən dərkedərik. Ən azından ona görə ki, Allah-Təala o övladları bizə veribsə və bizə bəxşedibsə, biz də valideyn olaraq onları qorumalıyıq!..

İndi gəlin görək,övladlarımızı qoruya bilirkmi?! Təbii ki, övladlarına savad verən, tərbiyə verənvə onları həyata hazırlayan valideynlər az deyil. Çünki bir balaja uşağın üzərində nəzarət azalanda, onlarınel dilində demiş olsaq, «ipini boş buraxsaq», bax onda o uşaqlar nə vaxtsa bizimbaşımıza çıxajaqlar. Bəzi uşaqlar harınlaşajaq,yolunu azajaq, güjü çatdı-çatmadı, hərəyə bir badalaq atajaq və axırda da çanaqonun öz başında çatlayajaq. Bax, burda deyiblər, bala başa bəladı!..

Biz heç də bu yazımızdabaşa bəla övladlardan danışmaq istəmirik. Ondan danışmaq istəyirik ki, biz valideynlərinsəhlankarlığın üzündən uşaqlarımız ya evdə nəzarətsiz qalarkən kibrit götürüb mənziliyandırır, ya qaynar suyu üzərinə aşırır, ya da dənizə gedərkən nəzarət edilmədiyinəgörə, suda boğulur…

Bir dəfə oğlumu uşaqbağçasından evə gətirmişdim. Evdə də heç kəs yox idi. Ona dedim ki, birdən çaşıb«spiçka» götürərsən ha?! Uşağın onda dörd yaşı vardı. Özüm də bərk yorğun idim.Uzandım ki, yorğunluğum bir qədər janımdan çıxsın. Beş dəqiqə keçmədi ki, gördümoğlum başıalovlu qışqıra-qışqıra gəlir ki, bəs evimiz yanır! Sən demə, uşaq evdənkibrit götürüb və o kibritlə oynamağa başlayıb. Sonra kağıza od vurub. Kağızdan da evin pərdəsi yavaş-yavaşyanırmış. Tez özümü çatdırdım. Allahın mənə yazığı gəldiyinə görə, alov güjlənməmişdi.Bir-iki vedrə su ilə yanğını söndürdüm. Sonra oğlumun əllərini kibritlə yandırdım.Dedim ki, bir də belə şey eləmə! Uşaq böyüyəndə dedi ki, ata, bilirsən niyə evimiziyandırmışdım? Əgər sən deməsəydin ki, «spiçka»ilə oynama, mən də onu götürüb yandırmazdım. Sən deyəndən sonra yadıma düşdü ki,belə bir şey edim. Görürsünüz, bəzən hər hansı bir təbliğatın mənfi fəsadları daolur. Yəni sən istəyirsən ki, uşağı pis vərdişlərdən uzaqlaşdırasan, əksinə, oğrununyadına daş salırsan…

Valideynlər hər an,hər dəqiqə diqqətli olmalıdılar. Və hər an, hər dəqiqə uşaqların və yeniyetmələrinüzərində nəzarətlərini saxlamalıdılar. Bir dəfə hər iki valideyn uşaqlarını evdəqoyub mənzilin qapısını bağlayaraq işə gediblər. Uşaqların isə hardansa əlinə kibrit düşür və onlar da mənziliyandırır. Qonşular köməyə gəlsə də, qapı bağlı olduğu üçün onları xilas edə bilmirlər.Hər iki uşaq yanğın nətijəsində fajiəli şəkildə həlak olurlar.

Bax, bu hadisədəyeganə günahkar yenə hər iki valideyndi. Biz hər şeyi başa düşürük. Onlar işə gedirlər,çörək qazanırlar. Amma bəzən elə hadisələr baş verir ki, o, adamın ağlına belə gəlmir.Bax, onda da bu jür ağır fajilər baş verir. Vəbədbəxt ata-ana bu jür fajiənin şokundan ömrü boyu ayıla bilmir. Ayılandada ya şəkər xəstəliyi tapır, ya da ürək!..

Bir neçə gün bundanəvvəl isə Novxanı çimərliyində çox fajiəli hadisə baş verib. Belə ki, Ağstafa rayonundanNovxanıda kirayənişin yaşayan bir ailə iki oğluyla bazar günü dənizə çimməyə gedir.Nejə olubsa, birdən-birə hər iki valideyn uşaqları nəzarətsiz qoyub. 9 və 12 yaşlıoğlan uşaqları dərinliyə gediblər və orda boğularaq dünyasını dəyişiblər. Yenə valideynsəhlankarlığı, valideyn diqqətsizliyi! Adam düşünəndə dəhşətə gəlir. İki azyaşlıövladınla dənizə gedəsən və onları nəzarətsiz qoyasan! Bunun fajiəsi isə çox ağırolur. Mənim hər iki valideynə yazığım gəlir.Allahdan onlara səbr diləyirəm! Səbr diləyirəm ki, hər iki övladı əlindən alınmış ana və ataya UluYaradan özü kömək olsun!..

Görürsünüzmü, biranın, bir dəqiqənin diqqətsizliyi insanları hansı fajiəli anlara sürükləyir. Biranın, bir dəqiqənin diqqətsizliyi insanın xoşbəxtliyini əlindən alır, onun həyatınınaltını üstünə çevrir. Və bir anın, bir dəqiqənin diqqətsizliyi insana jəhənnəm əzabıyaşadır, onun belini qırır, bütün ümidlərini və istəklərini çilik-çilik eləyir…

Yazımızın əvvəlindəqeyd etdik ki, biz valideynlərin üzərinə övladlarımızla bağlı çox böyük məsuliyyəthissi düşür. Biz onu da xatırlatdıq ki, bu məsuliyyəti dərk edən və uşaqlarını hərtərəfliböyüdən, tərbiyə edən valideynlər az deyil! Biz onu da yada saldıq ki, bəzi vaildeynlərya diqqətsizlikdən, ya səhlankarlıqdan uşaqlarına nəzarət edə bilmir və nətijədədə ömrü boyu gözüyaşlı qalır. Və onun ürəyinə elə bir çalın-çarpaz yara vurulurki, son mənzilə qədər bu yara yaddan çıxmır.

Əgər istəmiriksəbu jür taleyi yaşayaq, övladlarımız hər hansı diqqətsizliyimizin qurbanı olsun,ona görə də ən azından hər dəqiqə, hər saat, hər gün bizim nəzarətimiz onların üzərindəolmalıdır. Bu diqqət olanda istər-istəməz ürəyimiz sakitləşər, uşaqlarımızın hardavə nə işlə məşğul olduğunu çox yaxşı bilərik. Gəlin, uşaqlarımızı, balalarımızı,nəvələrimizi hər dəqiqə, hər an gözləyən təhlükədən qoruyaq və xilas edək!!!


TƏQVİM / ARXİV