adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Iyul 2017 10:22
27965
ELM VƏ TƏHSİL
A- A+

UNEC-dən magistrlərə Avropa diplomu qazanmaq imkanı

UNEC ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olanMikolos Romeris Universiteti (MRU) arasında magistratura səviyyəsində ikili diplom proqramının şərtləri müəyyənləşib.

Adalet.az xəbər verir ki, proqrama "Maliyyə bazarları", "Maliyyəmenecmenti" və "Maliyyə nəzarəti və audit" ixtisasları üzrə təhsil alan, bakalavr dərəcəsi üzrə akademik göstərici -80 baldan yuxarı olan və ingilis dili biliyi ənazı B2 səviyyəsində olan şəxslər müraciət edə bilərlər.

2017/2018-ci tədris ilindən başlayacaq proqrama qəbul olanmagistrlər ilk semestri UNEC-də başa vuraraq, ikinci semestr MRU-də təhsil alacaqlar.3-cü semestrdə UNEC-də təcrübə vətədqiqat,4-cü semestrdə isə həm UNEC-də, həm də MRU-da tədqiqat və diplom müdafiəsində olacaqlar.Müdafiə işləri hər iki tərəfin iştriakı ilə "Skype" vasitəsi ilə aparılacaq Hər iki universitetin professorlarının rəhbərliyi altında magistr dissertasiyalarını uğurla müdafiə edən magistrlərə UNEC-in müvafiq ixtisas üzrə diplomu və diploma əlavəsi ilə yanaşı, MRU-nun "Maliyyə Bazarları" ixtisası üzrə magistr diplomu ilədiploma əlavəsini də təqdim olunacaq.

Qeyd: MRU UNEC-in ikili diplomproqramı həyata keçirdiyi4-cü Avropa İttifaqına üzv ölkənin universitetidir. Bu sahədə kifayət qədər təcrübəsi olan UNEC son 3 ildə tələbələrə London Universiteti / London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti, eyni zamanda İsveçrənin UBİS Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin diplomalarını almaq imkanı verir.

MRU haqqında:

Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mikolos RomerisUniversitetində38 ölkədən təxminən 10,000 tələbə təhsil alır. Universitetin 2 fakültəsi Vilnüs və Kaunas şəhərində yerləşir. Universitetdə əcnəbi tələbələr üçün Sosial Elmlər sahəsində ingilisdilində bakalavr, magistr və doktorantura proqramları üzrə təhsil verilir.MRU Avropa Universitetləri Birliyi (EUA) vəBeynəlxalq Universitetlər Birliyi (IAU) daxil olmaqla, müxtəlif dünya universitet təşkilatlarında fəaliyyət göstərir.MRU xaricdə 300-dən çox universitet, dövlət və özəlqurumlarla beynəlxalq əməkdaşlıq qurub.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patentüzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.