adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Iyul 2017 22:46
29221
ŞOU-BİZNES
A- A+

Ketrin pivə, Meqan alma sirkəsi – məşhurların gözəllik sirri

Məşhurların gözəl və təravətli dəriyə sahib olmasının bir çox səbəbi olsa da, gündəlik baxım bunlar arasında əhəmiyyətli yer tutur.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, dünya şöhrətli ulduzların ev şəraitində tətbiq etdiyi üsullardan yararlanmaqla gözəlliyinizə gözəllik qata bilərsiniz.

Ketrin Zeta Cons

Hollivud aktrisası Ketrin Zeta Cons pivədən istifadə edərək parılıtı saçlara sahib olur. Aktrisanın sözlərinə görə pivə ilə saçları yumaq onları yumşaldır və qidalandırır.

Meqan Foks

Aktrisa Meqan Foks gözəlliyi uğruna mədəsini fəda etməyə hazır olanlardandır. Belə ki, o, hər axşam yatmazdan öncə alma sirkəsi içərək yağlarının əriməsinə köməkçi olur.

Culiya Roberts

Aktrisa Culiya Robertsin gözəllik sirri isə çox bəsitdir. O, əllərini zeytun yağının içinə salaraq qidalandırır.