adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Iyul 2017 22:41
23026
ELM VƏ TƏHSİL
A- A+

Dörd min nəfər müəllim işləmək üçün imtahan verdi

Azərbaycanda bu gündən başlayaraq keçirilən müəllimlərin işə qəbulu üzrə imtahanda 4 min nəfərə yaxın namizəd iştirak edib. Təhsil Nazirliyindən verilən məlumata görə, ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verilib.

Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 47 min nəfərə yaxın şəxsin elektron ərizəsi təsdiq edilib.

İmtahanlarda iştirak edəcək müəllimlər www.miq.edu.az saytına daxil olmaqla "Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumatı əldə edə bilərlər.

İmtahana gələrkən müəllimlərdən özləri ilə şəxsiyyəti təsdiqləyən sənədin əslini və bildirişi gətirmələri xahiş olunur.

İmtahanlar avqustun 5 -dək davam edəcək.