adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Iyul 2017 21:40
4239
HADİSƏ
A- A+

Sumqayıtda gəlin 3 uşağını atıb qaçdı: Əri onu axtarır

Sumqayıtda 3 uşaq anası evdən qaçıb. Hazırda ailəsi tərəfindən axtarışa verilən gəlinin xaricə qaçdığı ehtimal edilir. Məlum olub ki, qadın qaçmağı əvvəldən planlaşdırıb. Evin açarını da oğluna verib.

Adalet.az xezerxeber.az-a istinadən bildirir ki, 3 uşağını və həyat yoldaşını aldadaraq evdən qaçıb. Sumqayıtın 11-ci mikrorayon ərazisində yaşayan 35 yaşlı Bülbül Əliyeva həyat yoldaşını və 3 övladını qoyaraq evi tərk edib. Qaçan qadının həyat yoldaşı Bəhruz Əliyev bildirib ki, hadisə iyun ayının 7-də baş verib. Həyat yoldaşı evdən həkimə getmək adı ilə çıxıb və bir daha qayıtmayıb.

Bundan sonra o, uşaqları ilə vatsapda yazışıb və övladlarına yalandan deyib ki, evə gəlir. Sonradan məlum olub ki, qadın evdən getməyi axşamdan planlaşdırıb. Evin açarını da oğluna verib.
Qadının həyat yoldaşı deyir ki, onlar 15 ildir ailə həyatı qurublar və bu günə kimi aralarında heç bir ciddi ailə münaqişəsi baş verməyib.

Bəhruz Əliyev həyat yoldaşının valideynlərinə də onun evi tərk etməsi ilə bağlı məlumat verib. Hadisə ilə bağlı polis də məlumatlandırılıb. Qadın evdən çıxarkən yalnız pasportunu götürüb. Güman edilir ki, o, kiminsə təsiri altında xaricə gedib.