adalet.az header logo
  • Bakı 18°C
25 Iyul 2017 21:34
7506
İDMAN
A- A+

“Neftçi”nin növbəti rəqibi də Bundesliqa təmsilçisi olacaq

"Neftçi"nin Avstriyadakı təlim-məşq toplanışındakı növbəti sınaqçı rəqibi bəlli olub.

Adalet.az apasport.az-a istinadən xəbər verir ki, "ağ-qaralar"ın toplanış çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunu da alman komandasına qarşı olacaq.

Komanda avqustun 2-də Berlinin "Herta" klubu ilə qarşılaşacaq.

Ona qədər isə Elxan Məmmədov yetirmələrini iyulun 30-da saat 20:00-da BƏƏ klubu "Əl Ain"lə matçda sınayacaq.

Qeyd edək ki, "Neftçi" sabah digər Bundesliqa təmsilçisi "Şalke" ilə üz-üzə gələcək.