adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
25 Iyul 2017 18:02
8731
SİYASƏT
A- A+

Maliki Putinə təşəkkür etdi

İraqın vitse-prezidenti Nuri əl-Maliki terrorizmlə mübarizə məqsədi ilə alınan silahların çatdırılması prosesini sürətləndirməyə razılıq verdiyi üçün Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını bildirib.

Bu barədə Kremlin mətbuat xidməti informasiya yayıb.

Vitse-prezident ölkəsinin terrorçuluqla mübarizə sahəsində qələbəni döyüş meydanında qazandığını və hazırda daxili təhlükəsizliyini qoruya bilməsi üçün səyləri yenidən artırmağın tələb olunduğunu deyib:

"Siyasi məqsəd daşıyan, məcburi və kütləvi hücuma başladığımız həmin məqamda Rusiya şərəfli və ədalətli mövqe nümayiş etdirərək daha əvvəl razılaşdırılmış silah çatdırılması prosesini sürətləndirdi”.