adalet.az header logo
  • Bakı 20°C
25 Iyul 2017 18:00
4744
GÜNDƏM
A- A+

Muğan-Qarasu dəmir yol xətti təmir olunur

Azərbaycan dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi həyata keçirilir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə, bu gün Muğan-Qarasu mənzilində 9,3 km uzunluğunda yolun əsaslı təmirinə start verilib.

Əsaslı təmir işlərini 5 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqovun sözlərinə görə, təmir işləri bir həftə müddətinə davam edəcək.

Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 305 km dəmir yolu əsaslı təmir olunub.