adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Iyul 2017 17:15
8841
SİYASƏT
A- A+

Qənirə Paşayevaya Aksaray və Kapadokyanın fəxri vətəndaşlığı verildi

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayevaya Aksaray vilayətinin fəxri vətəndaşı statusu verilib.

Millət vəkilinə Fəxri Vətəndaşlıq Aksaray bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən qəbul edilən ortaq qərara əsasən verilib.

Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazqı bildirib ki, Q.Paşayeva Türk dünyası üçün göstərdiyi xidmətləri, beynəlxalq arenada çıxışlarında hər zaman Türkiyəyə dəstəyi, Aksarayın tanıdılması işi, Azərbaycanla Türkiyə arasında, Azərbaycanla Türkiyənin Aksaray vilayəti arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə Aksarayın Fəxri Vətəndaşlığına layiq görülüb.

Millət vəkiili Q.Paşayevaya həmçinin qədim Kapadikyanın (Uçhisar) Fəxri Vətəndaşlığı da verilib. Uçisar bələdiyyə məclisinin qərarı ilə verilən Fəxri Vətəndaşlığın Q.Paşayevaya təqdim edilməsi zamanı bələdiyyə başkanı onun ünvanına müsbət fikirlər səsləndirib. Başkan Aki Karaarslan bildirib ki Q.Paşayeva fəaliyyətində hər zaman Azərbaycan-Türkiyə qardaşlığının güclənməsinə, Türk dövlət və toplumlarının haklarının dünyanın hər yerində müdafiəsinə, Kapadikya ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsinə böyük önəm verir və onun bu fəaliyyəti gənc nəsillər üçün gözəl örnəkdir.

Aksarayda və Kapadokyada Fəxri Vətəndaşlığın təqdim edilməsində iştirak edən Q. Paşayeva ona göstərilən bu etimadı yüksək qiymətləndirərək, Aksaray və Kapadokyaya, bələdiyyə məclis sədrlərinə və üzvlərinə təşəkkürünü bildirib. Belə bir statusun onun üçün xüsusi onur olduğunu dilə gətirib:
"Aksarayın və Kapadokyanın fəxri vətəndaşı olmaq mənim üçün şərəfdir. Türkiyədə, özəlliklə Aksaray və Kapadokyada olmaq başqa duyğudur. Belə bir adın verilməsini mənə göstərdiyiniz etimad kimi qiymətləndirirəm və hər zaman onu doğrultmağa çalışacam”.