adalet.az header logo
  • Bakı 20°C
25 Iyul 2017 16:59
6061
MƏMLƏKƏT
A- A+

ABUC layihənin icrasına başladı

İyulun 25-də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində ilk tədbirini keçirib.

Layihə rəhbəri Məlahət Xəlilova mətbuat konfransını açıq elan etdi. Bildirdi ki, Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyimiz "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində ilk tədbirini keçirir. M.Xəlilova qeyd etdi ki, layihə 3 ay müddətə nəzərdə tutulur.Layihə2016-cı ilin aprel ayında cəbhədə baş verən hadisələr zamanı Azərbaycan Ordusunun, əsgər və zabitlərin göstərdiyi şücaətdən bəhs edir.Ötən ilin aprel ayında cəbhə bölgəsində silahlar susmur, həyəcanlı xəbərlər bəzən şayiələrə qarışıb çaşqınlıq yaradır, "müharibəmi başladı" suallarını doğururdu. Aprelin 2-də qızışan döyüşlər ayın 5-nə qədər davam etdi, hər iki tərəf ağır itki verdi, onlarla hərbçi, mülki şəxs yaralandı, həyatını itirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprel döyüşlərini "şanlı hərbi qələbə" adlandırıb. O deyib: "Bu döyüşlər nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcək". Ekspertlər də qeyd edir ki, 1994-cü il mayın 12-də atəşkəs imzalanandan sonra tərəflər arasında belə ciddi qarşıdurma yaşanmayıb. Bu baxımdan Aprel hadisələrinin bir önəmi budur ki, Minsk qrupunun və ya digər təşkilatların etmədiyini Azərbaycan əsgəri etdi və göstərdi ki, bu münaqişə müsbət həllini tapmasa, ordu ölkənin ərazi bütövlüyünü qoruyacaq. Araşdırmalar da onu deməyə əsas verir ki, aprel döyüşləri zamanı həlak olan şəhidlərimizin ruhunun əbədiləşdirilməsi yönündə həm dövlət, həm də Qeyri Hökumət Təşkilatları davamlı addımlar atır. Şəhidlərimiz haqqında məqalələr yazılır, filmlər çəkilir. Bu gün aprel şəhidlərinin daha geniş təbliğatına ciddi ehtiyac var. Bu baxımdan təşkilat olaraq aprel şəhidləri ilə bağlı məlumatların, onların ailə üzvləri, dost və hərbiçi yoldaşları ilə bağlı geniş informasiyaların Azərbaycan cəmiyyətinə daha dolğun çatdırılması yönündə layihə keçirməyə qərar verdik.Layihənin məqsədi KİV-də Aprel şəhidlərinin təbliğini həyata keçirmək, milli vətənpərvərlik hissini sistemli şəkildə yüksəltməkdir.

Layihə çərçivəsindəişçi heyəti formalaşdırılacaq,əmrlər veriləcək,əmək müqavilələri bağlanacaq;

Bakı şəhərində aprel döyüşləri zamanı həlak olmuş 3 şəhid ailəsi ilə görüş həyata keçiriləcək,onların ehtiyaclarını nəzərə alaraq ərzaq və ya istehlak malları alınacaq və müsahibələr alınacaq. OLAYLAR.AZ və SABAHİNFO.AZ saytlarında və OLAYLAR qəzetində işıqlandırılacaq;

OLAYLAR.AZ və SABAHİNFO.AZ saytlarında, OLAYLAR qəzetində aprel döyüşlərində həlak olan şəhidlərimizin həyatı və döyüş yolunu işıqlandıran məqalələr,onların ailə üzvlərindən alınan müsahibələr çap olunacaq;

Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzində yekun mətbuat konfransı keçiriləcək. Sosial şəbəkə vasitəsilə istifadəçilər arasında geniş maarifləndirmə işləri həyata keçiriləcək;

Yekun hesabat donor təşkilata təqdim olunacaq;