adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
25 Iyul 2017 14:19
3167
HADİSƏ
A- A+

İki gün əvvəl dənizdə batan oğlanın meyiti tapıldı

Xəzərdə batan şəxsin meyiti sudan çıxarılıb.

Adalet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 23-də nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb.

Bu gün 2000-ci il təvəllüdlü İsmayılov İdris Rasim oğlunun cəsədi batdığı yerdən 8-10 kilometr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.