ANA SƏHİFƏ / YAZARLAR

YETİM ƏLİNDƏ QOĞAL

Rüstəm Hacıyev

34294    |   2017-07-25 13:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Və yaxud gerçəyi görməyi bacarmayanlar

Bu gün bütün yazılı və elektron medianın əsas mövzusu mətbuat günü və jurnalistlərə ev verilməsidi. Bu məsələ o qədər qloballaşdırılıb ki, hətta Qarabağ mövzüsü unudulub arxa plana atılıbdı. Hansı qəzetə, hansı syata diqqət yetirirsənsə və yaxud sosial şəbəkədəki paylaşmalara nəzər salırsansa, mövzu jurnalistlər və evdi. Hansısa siyahılardı və bir də hər kəsin öz uydurduğu yalanlardı. Təbii ki, mən mətbuat işçisi deyiləm. Amma hüquqşünas, bir Qarabağ müharibəsi veteranı, xüsusilə ağdamlı kimi görüb şahidi olduğum bir məsələyə diqqət yetirmək, münasibət bildirmək istəyirəm. Bunun da səbəbi haqqı olana edilən haqsızlıqdı. Söhbət Əbülfət Mədətoğlundan gedir. Onu bir jurnalist, bir qələm adamı kimi 1988-ci ildən tanıyıram. Hadisələrin ilk günlərində o, bir qələm adamı kimi Dağlıq Qarabağdaydı. Mən onu dəfələrlə Stepanakertdə, təşkilat komitəsinin yerləşdiyi binada, burada keçirilən tədbirlərdə, pasport rejiminin yoxlanılmasında görmüşəm. Bu gün onun haqqında haqsızlıq edən, allahsızcasına danışanlar onda haradaydı bilmirəm. Əbülfət Mədətoğlu isə Stepanakertdəydi, Laçındaydı, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Füzulidə, Ağdamda, Xocavəndə, Xocalıdaydı. Sonra onun ata evi doğulduğu Tuğ kəndində yandırılanda o, Ağdamda yerləşən Təşkilat Komitəsinin binasındaydı, burada çalışırdı. Ağdama göydən mərmilər töküləndə o Ziyalılar Evində oturub öz vəzifəsini yerinə yetirirdi. Hətta çox vaxt gecələr də iş otağında qalırdı. Çünki getməyə evi yoxuydu. Yandırılmışdı evi. Ailəsini Tuğ kəndi işğal olunandan sonra Füzulidə yerləşdirdi. Bura da əlindən alındı. Beyləqanda uşaq bağçasında məskunlaşdı. Azərbaycanın ilk hərbi jurnalisti kimi səngərləri dolaşdı. Onun səngərdən yazdıqları yazılar bu gün də Azərbaycan ordusu qəzetinin səhifələrində qalmaqdadı. Sonra «Ədalət» qəzetinin bölgə müxbiri kimi fəaliyyət göstərdi. 1996-cı ildən qəzetdə şöbə müdiri təyin olundu, sonra baş redaktorun müavini. Məcbur olub uşaq bağçasında yerləşən ailəsini Bakıya gətirdi. Burda da dostların köməyi ilə özülü olmayan, tək daşdan gecəqondu tikdi. Həmin gecəqondunu da motodromda sökdülər. «Bakı köçkünü» adlı yazı yazdı «Ədalət»də. ölkənin rəhbər şəxslərinə, orqanlarına dəfəlrlə müraciət etdi. nəhayət, mətbuat günü onu sevindirdilər, ev verdilər. 1980-ci ildən mətbuatda imzası ardıcıl görünən bir insan axır ki, ev sahibi oldu. Buna sevinmək əvəzinə dostların xeyir-duasını oxucularının təbrikini yaşamaq əvəzinə ünvanına əsassız, haqsız və mənasız iradlar gəldi, adını hallandırdılar. Və mən 1990-cı ildən həyatı gözümün önündə olan Əbülfət Mədətoğlunun ünvanına deyilən bu iradlara onun dözümünü müşahidə edə-edə məcbur oldum ki, bu gerçəklikləri qəzet səhifəsinə çıxarım. Yazım ki, Şuşada, Tuğda, Füzulidə düşmənin evsiz qoyduğu Əbülfət Mədətoğlu Bakıda dostlarının tikdiyi gecəqondudan da məhrum olandan sonra heç nəyi olmayan, yuvasız qalan Əbüləti görəsən indi ittiham edənlər niyə susurdular? Niyə onun səsinə sə vermirdilər? Niyə onun haqqını müdafiə etmirdilər? Yəni bu insanlar bu qədərmi allahsızdılar? Yoxsa, yetim əlində qoğal görmək onların xoşuna gəlmir?!

Bəli, mənim bu yazdıqlarıma bəlkə də Əbülfət Mədətoğlunun ehtiyacı yoxdu. Amma mən vicdanımıqn səsiylə, ürəyimin hökmüylə odun-alovun içindən çıxmış bir insanın haqqını dilə gətiirrəm və müdaciə edirəm. Və haqsızlıq edənləri haqqa çağırıb vicdanlarının səsini dinləməyi onlara tövsiyə edirəm. Əbülfət Mədətoğluna isə halal haqqı olan evi ndə rahat yaşamağı diləyirəm.





İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2017-10-21


VİDEO
YAZARLAR
Seyfəddin Altaylı
Əbülfət MƏDƏTOĞLU
Nicat Novruzoğlu
Oğuz Ayvaz
Əbdürrəhim bəy Haqverdiyev
Fəridə RƏHİMLİ
Əlövsət Bəşirli
FAİQ QİSMƏTOĞLU
Cəlil Məmmədquluzadə
İradə TUNCAY
Məzahir Əhmədoğlu





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Atletiko"ya qalib gələcəkmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki satıcı öz fırıldaqlarından məharətlə danışır:
-Bilirsən, mən bir axmağa kivi adı ilə kartof satmışam.
-Eh, bu nədi ki, mən birinə doğurçu adı ilə oyuncaq tutuquşu satmışam.
-Bunun nəyi qəribədi ki?
-Mən sonra ona quş üçün yemək də satmışam.




digər lətifələr
ARXİV
FACEBOOK