adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Iyul 2017 12:32
7688
DÜNYA
A- A+

CNN – Rusiya Talibanı silahlandırır

CNN telekanalı Rusiyanın «Taliban» terror təşkilatına silahlar göndərməsi barədə təsdiq olunmuş məlumat almasını bildirib.

Söhbət Əfqanıstanın şimalında və qərbində yerləşən ayrı-ayrı qruplaşmalar tərəfinin verdiyi məlumatlardan gedir. Onlardan biri təsdiq edir ki, silahlar İran ərazisindən keçirilməklə Rusiya nümayəndələri tərəfindən onlara İŞİD-lə mübarizə aparmaq üçün göndərilib. Digər qruplaşma isə silahları ruslardan Tacikistan sərhəddində Gündüz məntəqəsi ərazisindən aldıqlarını bildirib.

Rusiya Xarici İşlər Nazirliyi CNN-nin yaydığı bu məlumatla bağlı açıqlama verməkdən boyun qaçırıb və yalnız bildirib ki, bu xəbərlər ABŞ və NATO-nun Əfqanıstandakı uğursuzluqlarını ört-basdır etmək üçün yayılan növbəti yalanlardı.

ABŞ və Rusiya bir-birləri haqqında tez-tez terror təşkilatlarını silahlandırmasıyla bağlı bəyanatlarla çıxış edir. Sonradan hər iki tərəf bu faktları təkzib etməyə çalışsalar da cidanı çuvalda gizlətmək olmur. İstər İŞİD, istər Taliban, istər PKK terrorçuları ABŞ və Rusiyanın istehsalı olan müasir silahlardan istifadə etməsi faktları göz qabağındadı. Onda sual olunur: bu terror təşkilatları müasir ABŞ və Rusiya silahlarını hardan alırlar?

Rüstəm HACIYEV