adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Iyul 2017 12:30
8927
DÜNYA
A- A+

İSRAİL TƏHLÜKƏSİZLİK QURĞULARINI SÖKÜR

The Jerusalim Post mətbu orqanına istinadən verilən məlumatlar görə, İsrail «Əl-Aksa» məscidinə gedən yolda guya təhlükəsizlik məqsədilə quraşdırılan metal axtaran qurğuların sökülməsi barədə qərar verib.

Ötən həftə quraşdırılan bu qurğular İsrail polisi ilə fələstinlilər arasında kütləvi qarşıdurmalar yaradıb.

İsrailli jurnalistlərin məlumatlarına görə, metal axtaran qurğuların sökülməsi qərarı yeril polislərlə təhlükəsizlik əməkdaşlarının razılaşmasından və danışıqlarından sonra əldə olunub.

Xatırladırıq ki, ötən həftə Fələstin lideri Mahmud Abbas bununla bağlı İsraillə bütün əlaqələrin kəsilməsi barədə bəyanat vermişdi. Və qeyd etmişdi ki, İsrail tərəfi təhlükəsizlik qurğularını yığışdırmayınca bu bəyanat qüvvədə qalacaq.