adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Iyul 2017 12:25
12549
GÜNDƏM
A- A+

DÜMBƏLƏK

Qarabağlıların mənasız adamlara qoyduğu üç ad var: dümbələk, dilqənək və bir də dəmşəlax. Bu sözləri açmağa həvəsim yoxdu. Oxucular israr edərsə açaram. Biri vardı qonşumuydu, həm də bir az imkansız ailədəndi. Götürdüm gəldim redaksiyaya. İşə götürdüm, uşaqlara da dedim ki, buna kömək eləyin, yazmağı öyrədin. İki dəfə ali məktəbdən qovuldu oxuya bilmədiyinə görə. Getdim rektorun yanına. Az qala ilan dili çıxarıb yalvardım, bərpa elədilər. Yadımdan çıxıb, xeyli bizim qəzetdə işlədi. Tapşırmışdım Əbülfət Mədətoğluna ki, buna inşa cəhənnəm, imla yazmağı öyrətsin. Deyəsən heç öyrənə də bilmədi. İndi baxıram, saxta sənədlərlə, siyasi partiyaların alverçiliyiylə gedib çıxıb Avropaya. Və baxıram ki, çörək yediyi qazana tüpürür. Uşaqdı. Əsas məsələ odur ki, az qala ona balası kimi baxan Əbülfət Mədətoğlunu nişan götürüb. Adını yazmıram, o qədər mənasızdı ki.

Amma onu bilmir ki, mən onun sığındığı ölkəyə bircə rəsmi məktub yazmaqla, onun kimliyini göstərməklə onu həmin ölkədən it kimi qovaram. Amma istəmirəm. Qoy yaşasın.

Qardaşım Vahid Qazi, səndən umuram ki, niyə belələrini yerində oturtmursan?! Və həm də səni ona görə sevirəm ki, xaricdən sığınacaq almağına baxmayaraq, bu günə qədər Azərbaycanın əleyhinə bir cümlə yazmamısan. Və umduğum da ona görədi ki, böyür-başında yazanlara bir qarabağlı kimi niyə hərdənbir qarabağlı silləsi atmırsan. Zarafat eliyirəm, döymə, başa sal.

Redaksiyada həmişə uşağı «dilqənək» deyib çağırırdılar və mən də gülürdüm. Elə həqiqətən də «dilqənəkdi».