adalet.az header logo
  • Bakı 16°C
24 Iyul 2017 22:27
8943
DÜNYA
A- A+

Rusiyada şaxtada partlayış baş verib

Rusiyanın Kemerovo vilayətindəki "Anjerskaya Yujnaya" şaxtasında partlayış baş verib.

Adalet.az APA-ya istinadən xəbər verir ki, mədəndə metan qazı partlayıb.Hazırda dağıntılar altında qalan şaxtaçıların evakuasiyası həyata keçirilir. İlkin məlumata əsasən, hadisə nəticəsində 2 nəfər itkin düşüb. 79 şaxtaçı özü şaxtadan çıxa bilib. Ölən və xəsarət alanlar barədə məlumat daxil olmayıb.