adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
24 Iyul 2017 22:34
3980
HADİSƏ
A- A+

Xaçmazda 8 yaşlı uşağı maşın vurdu

Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə Gəndob-Yalama yolunun Qusarçay kəndi ərazisində baş verib.

8 yaşlı Qurbanəliyev Aslan Zaur oğlunu maşın vurub. Azyaşlıya sol budun aşağı üçdə birinin açıq sınığı və başın əzilməsi diaqnozu qoyulub.

Fakt araşdırılır.