adalet.az header logo
  • Bakı 19°C
24 Iyul 2017 15:47
4155
HADİSƏ
A- A+

Bakıda ana körpəsini əmizdirərkən öldü

Bakıda ana körpəsini əmizdirərkən ölüb.

Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Zabrat qəsəbəsində yaşayan 22 yaşlı İbrahimova İlahə Qulu qızı 6 aylıq körpəsini əmizdirərəkən qəfildən yuxuya gedib. Körpənin ağlamasına baxmayaraq ana oyanmayıb. Sonradan ananın körpəni süd ilə qidalandırarkən öldüyü məlum olub.

Ananın ölümünün dəqiq səbəbləri araşdırılır. Bunun üçün Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə ölən şəxsin yaxınları meyiti müayinə olunması üçün morqa təhvil veriblər.

Faktla bağlı araşdırmalara başlanılıb.(report)