adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Iyul 2017 14:21
22901
KRİMİNAL
A- A+

Qızlar çılpaq şəkillərini çəkən fotoqrafı otel otağında öldürdülər

İstanbulda 2 qadınımodeledəcəyini vəd edibaldadaraqzorlayan Cüneyt Palanın otel otağında öldürülməsi ilə bağlı istintaq tamamlanıb.

Adalet.az Milliyet-ə istinadən xəbər verir ki, prokuror həbs olunan 2 qadın üçün ömürlük həbs cəzası istəyib.

Taksimdəki bir otelin 401 nömrəli otağında cinayətlə bitən hadisənin əhvalatı iddianamədə belə izah edilib:

"41 yaşlı Cüneyt PalaVanda uşaq bağçası müəllimi olan 30 yaşlı Dilek D. və Hatayda tələbə olan Gülşah Ş. iləInstagram-da tanış oldu. Özünü beynəlxalq markaların reklam meneceri olaraq tanıdan Pala2 qadına çəkilişlərdə modellik təklifi etdi. Qadınlar da tələbə əsasən Palaya açıq-saçıq fotolarını göndərdi.

Cüneyt Pala"katoloqçəkilişi"üçün Dilek D. və Gülşah Ş. ilə fərqlitarix və şəhərlərdə görüşdü. Oteldə bir neçə gün davam edən "çəkilişlər"zamanı qadınların çılpaq fotolarını da çəkən Palazorla cinsi əlaqəyə də girdi. Palatez-tez pul istəməyindən şübhələndiyi Dilek D.-ni çəkdiyi ədəbsiz fotoları ilə təhdid etməyə başladı.(milli.az)

Aldadıldığını anlayan və fotolarını istəyən Dilek D.saxta bir hesab açaraq Palanın təqib etdiyi qızlarla ünsiyyət qurmağa başlayıb. Bu kəslərdən biri22 yaşlı tələbə Gülşah Ş. idi. Gülşah Pala-nın onu da modellik vədi ilə aldatdığını, pulunu aldığını deyib. Bundan sonra 2 qadın Cüneyt Palayla İstanbulda görüşmək üçün plan qurub.

Bu ilin 28 aprel tarixində hər 2 qadın daTaksim meydanının150 metrliyində bir oteldəotaq kirayəyə götürdü. Bibər qazı, paltar ipi və bıçaqlahazırlıq görən qadınlardan Gülşah Ş.gecə yarısı Palanıotelə dəvət etdi. Palaqadınların kirayəyə götürdüyü 401 nömrəli otel otağına getdi. Plana görə, Dilek D. otağa gizlicə girəcəkdi. Ancaq qapını Cüneyt Pala açdı. Tələyə düşdüyünü anlayan PalaDilek D.-ya hücum edərək yaraladı. Bu məqamda Gülşah Ş. bibər qazını onun üzünə sıxıb.Dilek D.-nin 2 dəfə bıçaqla vurduğu Cüneyt Pala öldü".

Ömürlük həbs istənilən 2 qadının məhkəməsi qeyri-müəyyən zamana qədər təxirə salınıb.