PAXIL ADAMLAR GÖYƏRMƏZ

FAİQ QİSMƏTOĞLU
65073 | 2017-07-24 14:10

Yeni binadan kimlərmənzil alıbsa, sağ canla yaşasınlar

Dünyanın heç birölkəsində yüzlərlə jurnalistə hələ indiyə kimi mənzil verilməyib. Amma bizim məmləkətimizdəartıq ikinci dəfədir ki, yüzlərlə jurnalistə Azərbaycan prezidenti İlham Əliyevtərəfindən mənzil hədiyyə edilib. Bilirsiniz bu nə deməkdir? Bu, Azərbaycan mətbuatına,demokrtik və azad sözə verilmiş çox böyük dəyərdir! Bu dəyəri qiymətləndirməmək,gözdən salmaq bizim fikrimizcə ən böyük ədalətsizlikdir!

Birincibina təhvil veriləndə 155 ailə sevindi. İkincibinada isə 255 jurnalist ailəsinə sevinc bəxş edilib! O sevinc ki, həmin insanlar,qələm sahibləri, söz sahibləri uzun illərdir bu sevinci həsrətlə gözləyiblər. Həminsevinc onların qapılarını döyəndə isə çoxları sevincindən şok anlar yaşayıblar!Hər hansı jurnalist o mənzili almaq üçün nə qədər çalışsa da, bu əmək haqqı iləelə təmirli evə və yaraşıqlı mənzilə sahib çıxa bilməzdi. Bunu jurnalistlərə dünyanınən səmimi prezidenti cənab İlham Əliyev bəxş etdi. 255 mənzil! Bu təkcə 255 ailəninsevinməsi deyil. Bu, minlərlə insanın və bir o qədər də onu sevənlərin sevinməsideməkdir! Əgər siyahıda adı olan o jurnalistlərə 255 mənzil verilirsə, bu xəbərdənhəmin adamların qohum-əqrəbasının, el-obasının sevincindən uçmağa qanadları olmayıb.

Uzunillər mətbuatda çalışan, ömrünü şam kimi haqq-ədalət yolunda əridən, saçını-saqqalınımətbuatda ağardan çoxlu sayda insanlar bu təzə mənzillərdən ev alıblar. Sağlıqlarınaqismət! Qoy o evdə mənzil alanlar oğul toyu eləsin, gəlin gətirsinlər, qız köçürsünlər!Mən o siyahıya baxanda 40 ildən də çox mətbuatda külüng çalan, haqq-ədalət yolundaömrünü xərcləyən jurnalistlərin adını görəndə sevincimdən gözlərim yaşardı. İntiqamMehdizadə, Hidayət Elvüsal, Şakir Yaqubov, Vasif Quliyev, Telli Pənahqızı, FloraSadıqova, Tofiq Yusifov… Busiyahını uzada da bilərik. Çünki o siyahıda çox haqqı olan və mənzil alan istedadlıjurnalistlər vardı. Onların əksəriyyəti ilədostluq əlaqələrimiz, yoldaşlığımız olub. Və həmin adamların adını və soyadını siyahıdagörüb çox sevinirik.

Mənim bir həmyerlimvar. «Respublika» qəzetinin əməkdaşıdır. Şükür Əliyevi (Şənol) deyirəm. İnanın,o, çox ağır bir tale yaşayıb. Yaşadığı mənzil pis vəziyyətdədir. Həyat onu hər cürsınağa çəkib. Oğlu rəhmətə gedib və bunların hamısına Şükür dözüb. Görün, onu sevindirənadamlar necə savab bir iş görüblər! Şükürün ev almasına bizim Bəhmənlidə hamı sevinirvə deyir ki, nə yaxşı ki, belə istedadlı, təmiz, vicdanlı qələm sahibi öz halalhaqqını ala bildi. Və Şükür kimi o siyahıdan çox istedadlı və Azərbaycan mətbuatındaböyük xidmətləri olmuş jurnalistlər var! Deyin görək, belə jurnalistlərin ev almasınakim paxıllıq eləyər? Əlbəttə, paxıllıq eləyən var! Onların gözləri kor, qulaqlarıkar, dilləri də laldır. Gərək nə qədər paxılolasan ki, hər hansı istedadlı insanın halal haqqına şər-böhtan deyəsən.Nə qədər insafsız olasan ki, o siyahıda adı keçib mənzil alanların sevincinə şərikolmayasan!

Mənim özüm də evnövbəsindəydim. Və səbiriszliklə gözləyirdim ki, adım o siyahıda çıxacaq. Amma adımo siyahıda çıxmadı və bizim qəzetdə haqqı olan, zəhəmti olan, istedadı ilə seçiləniki dostumuzun ev alması xəbərini eşitdik. Onlardan biri baş redaktorun müaviniƏbülfət Mədətoğlu, digəri isə şöbə müdiri, mənim həddindən çox istədiyim CeyhunRüstəmovdur. İnanın, biz hər üçümüz şanslıydıq və hər üçümüzün də ev almaq haqqıvardı. Elə ki, mötəbər mənbədən telefon açıldı ki, Əbülfət Mədəoğlu ilə Ceyhun Rüstəmov mənzil alır,birinci onları mən təbrik etdim! Hər ikisini qucaqlayıb öpdüm və xeyir-dua verdim.İnsan gərək uduzanda da kişi kimi uduzsun və qarşısındakının halal haqqını başadüşsün! Ceyhun Rüstəmovun ailə vəziyyəti mənimkindən də mürəkkəbdir. Onun iki övladıanadangəlmə iflic xəstəisdir. Uzun illərdir müalicə olunur, hələ ki, tam sağalmayıblar.Bəlkə bu sevincli anlar o uşaqlara təsir elədi, onlar daha tez sağaldı. Məgər bunuistəməmək olar?

Seyran Səxavətinötən əsrin 80-ci illərində «Ulduz» jurnalında çox möhtəşəm bir müsahibəsi dərc edilib. Həmin müsahibənin adıbelə idi: «Ağdamda Qədir Rüstəmovla atüstü söhbət». Seyran Səxavət soruşur:

- Qədir, sən nə vaxtsevinirsən?

O da bir az xəyaladalır , sonra qəlyanını yandıraraq bir qullab vurub deyir:

- Balalarım sevinəndəmən də sevinirəm!

Buçox unikal bir cavab! Azərbaycan prezidenti cənab İlham Əliyev yüzlərlə jurnalistinbalasını, nəvəsini sevindirib. Və Ceyhunun da o iki balası seviniblər. Gün o günolsun ki, bizim də balalarımız sevinsin. Çünki balaların sevinməyindən gözəl hədiyyəola bilməz!

Jurnalistlərinmənzil almasına bir çoxları qəmbərqulu qoymaqdan belə əl çəkməyiblər. İnsan vicdanını,insafını itirəndə ancaq belə hərəkət eləyə bilər. Azərbaycan prezidenti cənab İlhamƏliyevin, prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi- şöbə müdiri hörmətliƏli Həsənovun, Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrininİnkişafına Dövlət Dəstəyi Fondunun icraçıdirektoru hörmətli Vüqar Səfərli mətbuatımıza, jurnalistlərimizə olan qayğısınıvə diqqətini unutmaqmı olar?

Təsadüfideyil ki, Milli Mətbuat gününün 142-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanıhörmətli Əli Həsənov deyib ki, media işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasıilə bağlı, medianın maddi-texniki bazasınıngücləndirilməsi istiqamətində təşəbbüslər irəli sürən prezident İlham Əliyevjurnalistlərlə görüş keçirib öz tövsiyələriniverdi. Əli Həsənov bildirib: «Prezidentjurnalistlərlə görüşdən böyük təəssüratlarla qayıtdı. Mən əminəm ki, jurnalistlərdə bu görüşü həmişə məmnunluqla xatırlayacaqlar. Əlbəttə, 255 mənzil bütün jurnalistlərinbütün ehtiyacını ödəmir. Əlbəttə, bu gün siyahıdan kənarda qalan jurnalistlər arasındada haqqı çatan və ehtiyacı olan qələm sahibləri var. Lakin təəssüf edirəm ki, adınıjurnalist qoyan bir qrup üzdəniraq insan sosial şəbəkələrdə ev bölgüsü ilə məşğulolan komissiyanın fəaliyyətinə kölgə salmağa, ev alan jurnalistlərin haqqını, ehtiyacınıinkar etməyə çalışırlar. 255 jurnalist arasında aktiv olub öz haqlarını müdafiəedənlər də var. İnanıram ki, onlar arasında passiv olanlar da fəaliyyət göstərəcəklər».

Əli Həsənov əlavəedib ki, jurnalistlər üçün təməl qoyulan binanın iki il ərzində tikilib istifadəyəverilməsinə çalışacağıq. Dövlət başçısı 3 il ərzində üçüncü binanın tikintisininbaşa çatdırılmasını tapşırdı. İnanıram ki, biz iki ilə buna nail olacağıq. Bu mümkünolmasa da, 2020-ci ildə mütləq üçüncü bina istifadəyə veriləcək.

Azərbaycan Prezidentininictimai-siyasi məsələlər üzrə köməkçisi- şöbə müdiri hörmətli Əli Həsənovun düşüncələribir daha jurnalistləri təmkinli olmağa çağırır. Çünki kimin haqqı varsa, kimin hüququçatırsa, növbəti mənzil bölgüsündə mütləq o istəyinə çatacaqdır. Biz jurnalistlərbir qədər səbrli olsaq, haqqı nahaqqa verməsək və hər şeyə şükür etsək, onda özümüzdə sevinəcəyik, balalarımız da, nəvələrimiz də!...


TƏQVİM / ARXİV