adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Iyul 2017 12:09
8801
DÜNYA
A- A+

Türkiyədə general və admiralların sayı 40 faiz azalıb

Ötən ilin iyulunda Türkiyədə hərbi çevrilişə cəhddən sonra keçən zaman ərzində Türkiyə Hərbi Qüvvələrində aparılan təmizləmə işlərindən sonra general və admiralların sayı 40 faiz azalıb.

Hərbi çevrilişə cəhddən öncə Türkiyə Hərbi Qüvvələrində 236 general və admiral olduğu halda, indi onların sayı 196-dır.

Həmin hadisədən sonra Türkiyə Hərbi Qüvvələrinə 13 min yeni hərbçi cəlb edilib ki, onların da əksəriyyəti istefada olan hərbçilərdir.