adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Iyul 2017 22:15
11069
DÜNYA
A- A+

Taliban hücum etdi: 70 kənd sakini oğurlandı, 7 ölü

Taliban hərəkatının yaraqlıları Əfqanıstanının cənubundakı kəndlərin birində azı 70 sakini oğurlayıblar, onların 7-si öldürülüb.

30 nəfərədək sakin azad olunub. Kandahar vilayəti polis idarəsinin başçısı oğurlanan sakinlərin azad olunması istiqamətində əməliyyatların davam etdiyini bildirib.

Əfqanıstanda insan hüquqları üzrə müstəqil komitə şənbə günü Kandaharı Tarinkot şəhəri (Uruzqan vilayəti) ilə birləşdirən yol rayonunda 70-dən çox insanın silahlı dəstə tərəfindən oğurlandığına dair məlumat dərc edib. Təşkilatın bildirdiyinə görə, 40-dan çox sakin hələ də əsirlikdədir.

Son vaxtlar Əfqanıstanda vəziyyət xeyli gərginləşib. Vaxtilə kənd rayonlarında geniş ərazilər ələ keçirən "Taliban” hərəkatının yaraqlıları hazırda böyük şəhərlərə hücuma başlayıb. Ölkə ərazisində İŞİD terror qruplaşmasının təsiri də güclənməkdədir.(axar.az)