ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Jurnalist Rey Kərimoğlunun “Kod adı: “Rey” kitabı çıxdı

30691    |   2017-07-22 22:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun "Kəşfiyyatçının xatirələri” adlı yazıları əsasında hazırlanan"Kod adı: "Rey”kitabı işıq üzü görüb.

Kitabda müəllifin 2012-2013-cü illərdə lent.az saytında qələmə aldığı xatirələri yer alıb. Xatirələr müəllifin 1991- 92-ci illərdi Qarabağ müharibəsində gördüyü hadisələrdən bəhs edir.

"Qanun” nəşriyyatında hazırlanıb çap edilən kitabın redaktoru tanınmış şair-publisist Səhər Əhmədir. 250 səhifəlik kitabın illüstrasiyalarının müəllifi Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı, rəssam Tərlan Eyvazovdur.

Lent.az saytının kitabxanasından silsiləsindən nəşr edilən kitab yaxın günlərdə satışda olacaq.

Xatırladaq ki, R.Kərimoğlu 1991-93-cü illərdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin əsgəri olub. İki dəfə yaralanan R.Kərimoğlunun kəşfiyyatçı kimi isə çağırış kodu elə öz adı - "REY” olub.





İmza:
SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK