adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Iyul 2017 21:37
9399
DÜNYA
A- A+

Konqres Trampı məcbur etmək istəyir

ABŞ Konqresi müttəfiq ölkələrin enerji təhlükəsizliyinin qorunması üçün prezident Donald Tramp administrasiyasını Aİ-yə enerji ehtiyatlarının tədarükünü prioritet saymağa məcbur etmək niyyətindədir.

Adalet.az APA-ya istinadən xəbər verir ki,bu barədə İran və Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsində bildirilir. 
"Bloomberg"in məlumatına görə, qanun layihəsi 25 iyul tarixində Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq. 

"Fərqli mənbələr, tədarükçülər və marşrutların təmin etdiyi müxtəlif və azad enerji bazarlarının işlənilməsi vasitəsi ilə enerji təhlükəsizliyin qorunması üçün ABŞ siyasəti çərçivəsində Aİ-yə üzv ölkələr və qurumları ilə çalışmaq gərəkdir", - deyə sənəddə bildirilir.