adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Iyul 2017 21:00
9967
DÜNYA
A- A+

Ərdoğan və Makron razılaşdı: Birgə addımlar atılacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Liderlər bölgədəki münaqişələri müzakirə ediblər.

İki lider Qüdsdəki Hərəmi Şərifdə fələstinlilərə qarşı məhdudiyyətlər və insan itkiləri səbəbindən yaşanan gərginlikdən dolayı narahatlıq duyduqlarını bildirərək problemin həlli və sakitliyin bərqərar olması üçün birgə səy göstərilməsi məsələsində razılıq əldə ediblər. Gərginliyə son verəcək addımların bir an əvvəl atılması lazım olduğunu bildirən iki lider Suriya və Liviyadakı son proseslər haqqında da fikir mübadiləsi aparıb.(axar.az)